Avtosfer.az | Reklam
İnterpolun axtardığı 700 minlik “Maserati” avtodayanacaqda tapıldı - FOTO
Avtosfer Foto 29 May 2020 12:40 Oxunub 3304
İnterpolun axtardığı 700 minlik “Maserati” avtodayanacaqda tapıldı - FOTO
Avtomobil 2016-cı ildə Almaniyadan Türkiyəyə qaçırılıb

Türkiyə polisi İnterpol (Beynəlxalq Cinayət Polis Xidməti) tərəfindən axtarışa verilən 175 min manatlıq (700 min lirəlik) “Maserati GranTurismo MC” markalı avtomobili tapıb. Avtosfer.az xəbər verir ki, Konya əyalət polisi Səlçuqlu rayonunun Şəkər Murad məhəlləsindəki avtodayanacaqda qeydiyyat nömrə nişanı olmayan “Maserati” markalı avtomobilin olduğunu müəyyən ediblər.

Avtomobilin qeydiyyatı ilə bağlı araşdırma aparan polisə, 2012-ci il istehsalı olan “Maserati”nin 2016-cı ildə qaçırılaraq Almaniyadan Türkiyəyə gətirildiyi və Beynəlxalq Cinayət Polis Xidməti tərəfindən oğurluq olaraq axtarıldığı məlum olub.

Avtomobilin bazar dəyərinin 175 min manat olduğu aydınlaşdırıldıqdan sonra, “Maserati”nin sahibi M.E. saxlanılıb. Avtomobili ona dostunun gətirdiyini bildirən M.E., ifadəsi alındıqdan sonra sərbəst buraxılıb. 

Bu barədə artıq İnterpola yazılı məlumat göndərilib. Avtomobilin sahibinə və yaxud Gömrük Mühafizə İdarəsinə veriləcəyi isə gələcək cavaba görə müəyyənləşdiriləcək.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh