İran Rusiyanın avtomobil bazarına qayıtmaq niyyəti var: Nə mane olur? - FOTOLAR
Avtosfer Foto 5 Dekabr 2022 08:37 Oxunub 178
İran Rusiyanın avtomobil bazarına qayıtmaq niyyəti var: Nə mane olur? - FOTOLAR

İranın son aylarda Rusiyaya PUA və raket verməsi barədə çox danışılıb. Artıq bu barədə ətraflı xəbər verdiyimiz üçün məsələyə təkrar qayıtmırıq.
Avtosfer.az xəbər verir ki, indi İranı başqa bir sahə maraqlandırır: Rusiyanın boş qalmış avtomobil bazarı.
Əslində bu, iranlı istehsalçılar üçün yeni hal deyil. İlk dəfə olaraq “Iran Khodro” şirkəti 2006-2009-cu illərdə bizim də yaxşı tanıdığımız “Samand” modeli ilə Rusiya bazarına daxil olmuşdu. 2006-cı ildəki Moskva avtosalonunda bu model çox maraq doğurmasa da, şirkət satışlara başladı. 3 il ərzində 12 minədək avtomobil reallaşdıran şirkət Rusiyada Avro-4 standartlarının tətbiqindən sonra bazardan çəkildi. Təzəsinin qiyməti 11 000 dollar olan avtomobilləri indi rusiyanın elan saytları 2-3 min dollara təklif edir. 
Bəs İranın Rusiya bazarında növbəti revanşı nə dərəcədə uğurlu olacaq? Rusiyalı ekspertlərin fikrincə, ağır gömrük rüsumuna görə Federasiyaya kütləvi şəkildə avtomobil daşımaq qeyri-mümkündür. Xərclərdən yan keçmək üçün yerli istehsal və diler şəbəkəsi yaradılmalıdır. Bu da hazırki şəraitdə çox da real görünmür. Həm də hər ikisi sanksiyalar məruz qalan ölkənin tam dövr istehsal qurması mümkün deyil. 
“Avtodor” radiosunun redaktoru İqor Morjaretto: “İranın müasir olmayan modellər istrehsal etdiyini nəzərə alsaq deyə bilərəm ki, onların bizim bazarda böyük pay əldə etmək şansı azdır. Rus alıcı ilk növbədə markanın nüfuzuna və dizayna diqqət yetirir. İran avtomobilləri bu baxımdan qabaqcıl yerdə deyil. Belə ucuz avtomobilləri korporativ taksi parkları ala bilər ki, onların da sayı minimuma enib”. 

Avtomobil satışı mütəxəssisi Yuliya Ovçinnikovanın fikrincə qarşılıqlı əmkdaşlıq geosiyasi vəziyyətdən asılı olduğu üçün İran avtomobil sənayesi Rusiya bazarına girə bilər. Lakin isti ölkədə avtomobil istehsalı ilə soyuq Rusiyadakı istehsal fərqlidir. Bu səbəbdən İran maşınlarında müəyyən təkmilləşdirmə aparmadan bazarada yer tutmaq mümkün olmayacaq. 
Digər ekspertlərin fikrincə, İran avtomobilləri bazara girəcəyi təqdirdə “Avtovaz” üçün rəqib yaranacaq. Buna isə hökumət razı ola bilməz.  

Görünür Sudan və Suriyada bazarlarını itirən İran meydanı boş gördüyü üçün fürsəti fövtə vermək istəmir. Amma daha keyfiyyətli və müasir məhsul təqdim edən Çinlə rəqib ola biləcəkmi?

 

Vüqar

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh