Banner

İşıqforda dayananda yandakı maşının təkərinə niyə diqqət etməlisiniz? - FOTO

Avtosfer Foto 16 Yanvar 2026 12:00
İşıqforda dayananda yandakı maşının təkərinə niyə diqqət etməlisiniz? - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov svetofor qarşısında sürücülərin tez-tez yol verdiyi təhlükəli məqama diqqət çəkib.

Əgər svetoforda dayanarkən sağ tərəfinizdə olan avtomobilin ön təkərləri sola və ya kəsişmə istiqamətinə yönəldilibsə, yaşıl işıq yanan kimi dərhal hərəkətə başlamaq risklidir. Avtosfer.az xəbər verir ki, ekspert belə hallarda 1–2 saniyə gözləmək və qarşıdakı avtomobilin əvvəl dönməsinə imkan verməyi tövsiyə edib.

Məşqçi bildirir ki, bir çox sürücü dönmə niyyətini siqnal ilə yox, məhz təkərlərin vəziyyəti ilə “ifadə edir”. Sürücü gözlənilmədən hərəkətə başlasa, toqquşma qaçılmaz ola bilər. Ən təhlükəlisi isə odur ki, qəza zamanı qaydalara əsasən günahkar mövqedə məhz gözləməyən sürücü qala bilər.

Qarajda unudulan 57 ilin maşınını görün nə hala gətirdilər - VİDEO
Aqil Rəhimov sürücülərə tövsiyə edir ki, belə situasiyalarda tələsməsinlər, ətrafdakı avtomobillərin təkər və mövqe vəziyyətini diqqətlə izləsinlər və mümkün riskləri öncədən nəzərə alsınlar. Onun sözlərinə görə, bir neçə saniyəlik ehtiyat çox vaxt ağır qəzanın qarşısını ala bilər.

Eltac Zülfüqaroğlu

Oxunub 544
ŞƏRH YAZ
Ad

E-mail

Şərh