İstanbulda tramvayın bərpa edilməsinin SƏBƏBİ - FOTO - VİDEO

Osmanlı dövlətinin son dövrlərində paytaxt İstanbulda konka nəqliyyatı geniş yayılmışdı. 20-ci əsrin əvvəllərindən bu xətlər elektrikləşdirilməyə başladı və tramvay ortaya çıxdı.
Ötən əsrin 50-ci illərində bütün Avropada olduğu kimi Türkiyədə də tramvaya maraq azaldı. Avtobuslar daha sürətli olduğu üçün ölkə rəhbərliyi İstanbuldan tramvayı yığışdıraraq yolları şəxsi avtomobil və avtobuslara uyğunlaşdırmağa başladı. Maşın az olduğu üçün ilk dövrlərdə hər şey qaydasında gedirdi. Lakin səhv addım 4-5 ilə özünü göstərdi.
.jpg)
Nəqliyyatın ifrat artımı ilə İstanbulda hərəkət sürəti tramvaydan daha aşağı oldu, ağır ekoloji vəziyyət və sıxlıq turist sayının azlması ilə nəticələndi. Şəhər əsas gəlir mənbəyindən məhrum olmuşdu.
Bir çox böyük şəhərin təcrübəsini öyrənən İstanbul Bələdiyyəsi nəhayət tramvayı geri qaytarmağa qərar verdi. Təbii ki, buna qarşı çıxanlar da az deyildi. İlk ciddi addım İstiqlal prospektində nəqliyyatın qadağan edilməsi oldu. Burada antik tramvay bərpa edildi.
1992-ci ildə isə artıq məşhur T1 xətti istismara verildi. Təxminən 15 il sonra T2 xətti də bura birləşdirildi. Hazırda T1, T4, T5 xətləri istismar olunur, 3 xətt isə inşaat mərhələsindədir. Tramvaylar gündə 1 milyondan çox sərnişin daşıyır.

Tramvayda gediş haqqı “İstanbulkart”la ödəndikdə 17,7 lirə, bank kartı ilə 19 lirədir.
Tramvayın şəhər həyatındakı əhəmiyyətinə gəlincə: sıxlıq olsa belə, tramvaydan istifadə edənlər gecikmək, tıxacda qalmaq barədə düşünmürlər. Öz yolu ilə hərəkət edən tramvay milyonlarla avtomobilin hərəkət etdiyi dar küçələrdə istanbulluları və turistləri mənzil başına taksi və şəxsi avtomobildən daha tez çatdırır.
İstanbuldakı tramvay sistemini gördükdə bir daha əmin oluruq ki, “Bakıda tramvayı bərpa etmək mümkün deyil” iddiasının heç bir texniki əsası yoxdur.

Vüqar
50 il əvvəl XXI əsrin avtomobilini belə təsəvvür edirdilər - FOTOLAR
“Şamaxinka”da tıxaca səbəb olan taksilər niyə yığışdırılmır? - DYP-dən AÇIQLAMA FOTOLAR
Dayanacağı zəbt edən yarım milyonluq “BMW”nin SAHİBİ KİMDİR? - FOTO
Hərəkət qaydası dəyişdi - "Şamaxinka"da ilk dəfə svetoforlar işə düşdü - FOTO - VİDEO
Vahid platforma belə olur: 8 fərqli avtomobil - FOTOLAR
"KAMAZ"ın 50 yaşı tamam olur - FOTOLAR
Bakının nəqliyyat infrastrukturu necə dəyişəcək? - Baş planda belədir - FOTO
Bu 7 naziri nə birləşdirir? - Maraqlı MƏLUMATLAR
Avtomobil mövzusunda qeyri-adi nominallı sikkə - FOTO
Avtodayanacaqda iki avtomobildən 30 milyon dollar oğurlanıb – Polis 4 nəfəri axtarır - ANBAAN VİDEO
Hibrid avtomobil necə ortaya çıxdı? - FOTO















