Jurnalist, yoxsa yol hərəkəti qaydalarını davamlı şəkildə pozan şəxs? - VİDEO - FOTO
Avtosfer Foto 6 İyun 2021 14:50 Oxunub 10102
Jurnalist, yoxsa yol hərəkəti qaydalarını davamlı şəkildə pozan şəxs?  - VİDEO - FOTO

Son zamanlar ölkə ərazisində bəzi şəxslər müxtəlif növ qayda pozuntuları edib, daha sonra qanunsuz hərəkətlərinə göz yumulmasını tələb  edən çağırışlarla dövlət orqanlarına, təsisatlarına qarşı ictimayi rəyi yalnış istiqamətə çəkməklə çaşqınlıq yaratmağa çalışırlar. Təəssüf hissi ilə qeyd edirik ki, bu gün özünü “bloger”, “jurnalist” və yaxudda “siyasi fəal” kimi təqdim edən əslində isə ictimaiyyət üçün bütün zərərli vərdişləri ilə seçilən dövlətə məqsədi baş tutanda yaxşı, özbaşınalıqlarına isə adekvat cavab veriləndə haqsızlıq kimi qiymət verdirməyə çalışan şəxsləri qınayırıq.  Öz ucuz təbliğatlarına isə şəhid ailəsi, qazi və qazi ailəsi kimi  hər bir kəsin böyük hörmət etdiyi həssas bir kəsimi alət etmək istəklərini isə təhlükəli hesab edirik.

Özünü bu cür jurnalist kimi təqdim edib yol hərəkəti qaydalarını kobud şəkildə pozan Rauf Sultanovla bağlı yayılmış xəbərə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən açıqlama verilib.
İdarənin şöbə rəisi polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a açıqlamasında bildirib ki, özünü jurnalist kimi təqdim edən Rauf Sultanov adlı şəxsin jurnalist imzasını axtarsaqda tapa bilmədik, amma ağız dolusu haqsızlıqlıqla üzləşdiyini qeyd edən dırnaq arası “jurnalist”in vətənaş kimi məlumatlarına baxdıqda aydın olur ki  uzun illərdir bu şəxsin həyat tərzində qanunsuz əməllərdən başqa heçə nə yoxdur. Əlavə edirik ki, son bir neçə ay ərzində Rauf Sultanov idarə etdiyi Tofaş markalı 99-OS-084 dövlət qeydiyyat nişanlı avtomobili ilə konstuksiya dəyişikliyi, (yayların kəsilməsi) əlavə avadanlıq quraşdırıldığı yəni çox avazlı səs siqnalları, nəqliyyat vasitəsini dövlət qeydiyyat nömrəsiz idarə etdiyi, bütün şüşələrinə kustar teatıral pərdələr quraşdırması, və sair kobud qayda pozuntuları müəyyən edilmişdir. Bu qayda pozuntularını sadalamaqda məqsədimiz özünü vicdanlı vətəndaş kimi təqdim edən şəxsin portretini cəmiyyətə təqdim etməkdir. Buyurub həmin avtomobilin nə hala salındığını və necə idarə olunduğunu Sizə təqdim edirik!

Vaqif Əsədov qeyd edir ki, tərəfimizdən belə sürücülərlə daim mübarizə aparılır və aparılacaqdır. Özünü qanundan üstün bilən hər bir kəs qanun qarşısında mütləq cavabını almalıdır.

 

Təbriz

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh