Keçəl təkərlərlə maşın sürməyin cəzası nədir? - Yay-qış təkəri, yoxsa dördfəsil? - FOTO

Qış fəsli gəldikdə sürücülərin 4 problemu üzə çıxır: akkumulyator, antifriz, alışdırma şamları və təkərlər. Bu dəfə biz təkərlərdən danışacağıq. Daha doğrusu, avropalı qanunvericilərin təkərə münasibətindən.
Avtosfer.az xəbər verir ki, Avropada texniki baxış zamanı ilk növbədə təkərlər yoxlanır. Standarta uyğun gəlməyən təkərlərdən istifadə edənlər cərimələnir. Cərimə məbləği də ölkəyə görə dəyişir. Təkərləri yerində təzələyənlər üçün cərimə yoxdur.
Cərimə məbləğinə gəlincə - Lüksemburqda 145 avro, Fransada 135 avro, Belçikada 116 avro, İsveçdə 44 frank.
Almaniyada cərimə sistemi bir qədər fərqlidir. Burada istismara yaramayan təkərdən istifadəyə görə cərimə 60 -120 avro arası dəyişir. Sürücüyə 1 cərimə balı yazılır. Əgər avtomobilin sahibi fərqlidirsə, o zaman avtomobilin sahibinə də əlavə 75 avro cərimə yazılır. Tikanlı şinlərdən istifadə qadağandır.
Avropa ölkələrində qış və yay təkərlərindən istifadəyə də ciddi nəzarət olunur. Xüsusən də Almaniyada. Almaniyada qış təkərinə keçmək üçün konkret vaxt yoxdur. Almanlar sadəcə olaraq “oktyabrdan Pasxaya” sistemini (Oktober bis Ostern) rəhbər tuturlar.
Baltikyanı ölkələrdə, Serbiya və Xorvatiyada qış təkərinə keçidlə bağlı konkret vaxt müəyyən edilib. Almaniya, Avstriya, Norveç və Finlandiyada keçid məcburi olsa da, konkret tarix yoxdur. Avropanın cənubundakı ölkələrdə isə mövsümə təkərlə bağlı tələb demək olar ki, yoxdur. Yalnız müəyyən ərazilərə qış təkərləri olmayan maşınların girişi məhdudlaşdırıla bilər.
Məsələ texniki baxışla bitmir. İstənilən Avropa ölkəsində polis təsadüfi yoxlama zamanı uyğunsuz təkəri olan avtomobili saxlayıb cərimə meydançasına apara bilər. Söhbət təkcə protektorun naxışının 1,6 mm-dən az olmasından getmir. Şişmiş, əyri, zədəli, çatlamış və ya sadəcə olaraq çox köhnə təkərə görə də sürücü cəzalandırıla bilər. İsveçrədə aşınmış təkərə görə baş vermiş qəzada sığorta şirkəti ödəniş etmir.
Avropada təkərə niyə bu qədər əhəmiyyət verilməsinə gəlincə. Cenevrə Beynəlxalq Avtomobil Muzeyində yaşlı təlimçidən illər əvvəl eşitdiyim söz hələ də qulağımdadır: “Sürətlə gedən avtomobilin təkərinin yerlə kontakt səthi cəmi 2 domino daşı qədərdir”.
Vüqar Yaşaroğlu
Avtodayanacaqda iki avtomobildən 30 milyon dollar oğurlanıb – Polis 4 nəfəri axtarır - FOTO
Hibrid avtomobil necə ortaya çıxdı? - FOTO
İlk avtomobil patentinin günü - FOTO
Bahalı kortej yox, sadə avtomobil: Hansı ölkə rəhbərləri ucuz maşın seçir? - ARAŞDIRMA
Azərbaycanlıların ilk tanış olduğu “xarici maşın”lardan birinin ildönümü - FOTO
Almanlara İran şahından yadigar qalan "Gelandewagen" - FOTO
Bu küçədə səki illərdir parkinqə çevrilib - FOTO
Bakıdakı bu ərazidə hərəkətin təşkili belə olmalıdır – TƏKLİF - FOTO
Formula-1 yarışlarının təhlükəsizlik avtomobilləri - FOTO
"Ferrari"nin əfsanəvi modeli HƏRRACDA - FOTO
Transformerlərə bənzəyən avtomobil təqdim olundu - FOTOLAR














