Kuryerə bəxşiş əvəzinə maşın hədiyyə edildi - FOTO - VİDEO
Avtosfer Foto 23 Yanvar 2021 22:17 Oxunub 3332
Kuryerə bəxşiş əvəzinə maşın hədiyyə edildi  - FOTO - VİDEO

Pizzaxanada 31 ildir kuryer işləyən Robert Petersə bəxşiş əvəzinə maşın hədiyyə edilib.

REN TV-nin məlumatına görə, hadisə ABŞ-ın İndiana ştatının Tipton şəhərində baş verib.

Müştərilərindən birinin təşəbbüsü ilə başlayan aksiyada Petersə 19 min dollar dəyərində avtomobil alınıb.

Müştərilərin sözlərinə  görə, o, hər zaman işinə məsuliyyətlə yanaşıb və müştərilərə müsbət emosiyalar bəxş edib.

“15 sent qalığı qaytarmaq üçün o, bəzən küləkli havada bir neçə km yol qət edə bilər. Bu mənəviyyatdır”, - deyə aksiyanın təşəbbüskarı Tanner Lengli bildirir.

Lenqli kuryerə dəfələrlə bəxşiş vermək istəsə də, Peters hər zaman bundan imtina edib. Nəhayət o, kuryerə yeni bir avtomobil alınması üçün şəhər sakinləri arasında yardım kampaniyasına başlayıb.

Qeyd edilir ki, Petersin özünün avtomobili olub. Ancaq maşın 1993-cü il istehsalı olduğu üçün “tökülürdü”.

Cəmi iki günə sakinlər tələb olunan məbləği topladılar. Lenqli bu pula maşın alaraq, açarı kuryerə təqdim edib.

“Bu hadisələr o qədər sürrealdır ki, inana bilmirəm”, - deyə kuryer bildirib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh