Dayanacaqları ticarət köşklərinə kim çevirir? – RƏSMİ AÇIQLAMA - FOTOFAKT

Lənkəran şəhərinin küçələrində avtodayanacaqlar sökülərək yerində ticarət köşkləri tikilir. Bu barədə Bizim.Media-ya Lənkəran şəhər sakinləri məlumat veriblər. Bildiriblər ki, əvvəllər quraşdırılan dayanacaqlar çox geniş və rahat idi. “Yayda günəş şüasından, qışda isə yağışdan qorunmaq olurdu. Lakin, son vaxtlar dayanacaqlar sökülərək ticarət köşkü ilə əvəzlənir. Sərnişinlərin daldalanması üçünsə kiçik bir yer saxlanılır. Bu da yaşlı və uşaqların rahat hərəkətini məhdudlaşdırır”.
Məslələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ilə əlaqə saxladıq.
Qurumdan bildirildi ki, ölkə üzrə nəqliyyatın tənzimlənməsi AYNA-nın səlahiyyətinə aid olsa da bölgələrdəki dayanacaqlar yerli qurumların balansındadır.
Bundan sonra Lənkəran şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra Hakimiyyətindənsə bildirildi ki, məsələ araşdırıldıqdan sonra ətraflı məlumat veriləcək.
Mövzunu diqqətdə saxlayacağıq.

Avtodayanacaqda iki avtomobildən 30 milyon dollar oğurlanıb – Polis 4 nəfəri axtarır - FOTO
Hibrid avtomobil necə ortaya çıxdı? - FOTO
İlk avtomobil patentinin günü - FOTO
Bahalı kortej yox, sadə avtomobil: Hansı ölkə rəhbərləri ucuz maşın seçir? - ARAŞDIRMA
Azərbaycanlıların ilk tanış olduğu “xarici maşın”lardan birinin ildönümü - FOTO
Almanlara İran şahından yadigar qalan "Gelandewagen" - FOTO
Bu küçədə səki illərdir parkinqə çevrilib - FOTO
Bakıdakı bu ərazidə hərəkətin təşkili belə olmalıdır – TƏKLİF - FOTO
Formula-1 yarışlarının təhlükəsizlik avtomobilləri - FOTO
"Ferrari"nin əfsanəvi modeli HƏRRACDA - FOTO
Transformerlərə bənzəyən avtomobil təqdim olundu - FOTOLAR











