Maşını sərxoş idarə etməyin acı nəticəsi: arvadı və oğulu öldü, özü isə... - FOTO

Avtosfer Foto 27 İyun 2024 18:36 Oxunub 1530
Maşını sərxoş idarə etməyin acı nəticəsi:  arvadı və oğulu öldü, özü isə... - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Rusiyanın Yaroslavl əyalətində avtomobilin gölə düşməsi nəticəsində 2 nəfər ölüb. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə Uqliç rayonunda qeydə alınıb.

Məlumata görə, 46 yaşlı kişi idarə etdiyi “Niva” markalı minik avtomobillə hərəkətdə olarkən sükan idarəetməsini itirib və idarəetmədən çıxan nəqliyyat vasitəsi gölə düşərək batıb.

Avtomobilin salonunda olan 2 nəfər - 42 yaşlı qadın və 24 yaşlı gənc oğlan hadisə yerində ölüb. Sürücü isə üzərək göldən sağ çıxıb.

Bildirilir ki, avtomobildə olan şəxslər, bir ailənin üzvləridir.

Həmçinin qeyd edilir ki, sürücü sükan arxasında sərxoş olub.

Faktla bağlı cinayət işi açılıb, sürücü saxlanılıb. Onu 8 ildən 15 ilədək azadlıqdan mərhumetmə cəzası gözləyir.

 

Namiq Musayev

 

image

image

image

 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh