“Mən acam” bəhanəsi ilə dələduzluq: Yeniyetmə qadınları aldatmaqda ittiham olunur - FOTO

Paytaxtın Nizami rayonu, Zivərbəy Əhmədbəyov küçəsində yeniyetmənin vətəndaşları aldatmaqla marketdən məhsul aldırması qeydə alınıb.
Bu barədə hadisəyə şahidlik edən şəxs Avtosfer.az-a müraciət edərək məlumat verib. Onun sözlərinə görə, hadisə aprelin 16-da saat 20:00 radələrində baş verib.
Şahid bildirib ki, yeniyetmə oğlan vətəndaşlara yaxınlaşaraq “Sizdən bir xahişim ola bilər? Acam, mağazadan nəsə ala bilərsiniz?” deyib və onları ərazidə yerləşən “Al Market” mağazasına yönləndirərək müxtəlif ərzaq məhsullarının alınmasına nail olub.
Onun sözlərinə görə, avtobus dayanacağında olduğu müddətdə yeniyetmə bir neçə qadına eyni üsulla yaxınlaşaraq onları inandırıb və istədiyi məhsulları aldırıb. Şahid üçüncü qadına yaxınlaşaraq onun aldadıldığını izah edib. Bu zaman qadın marketə qayıdaraq aldığı məhsulları qaytarılmasını tələb edib və ödənişini geri alıb.
Şahidin bildirdiyinə görə, həmin an yeniyetmə onları mağazadan izləyib və ifşa olunduğunu gördükdən sonra əliylə xoşagəlməz hərəkətlər edərək nalayiq ifadələr işlədib.
İddialara əsasən, “Al Market”də işləyən satıcının da həmin şəxslə yaxın münasibətdə olduğu və baş verənlərə göz yumduğu irəli sürülür.
Hadisə şahidinin bildirdiyinə görə, ərazidə olan bir neçə vətəndaş satıcı ilə bağlı narazılıqlarını ifadə edib.
Nərmin





Sürücü ehtiyatsızlıqdan həyat yoldaşının ölümünə səbəb olub - FOTO
Böyük Mərdəkan qəsrində çökmə – FOTOLAR
"AvtoVAZ" istehsal xətlərini bağlayır: "Lada" avtomobillərinin satışları niyə azalır? - FOTO
Yağış körpüləri dağıtdı - Bu kəndlərin rayonla əlaqəsi kəsildi – FOTO
Şahənşahın oğluna qalmayan avtomobil kolleksiyası - FOTOLAR
Yeni “Volga” təqdim edildi - FOTOLAR
“Sənin maşınını istəyirəm...” - Azyaşlıdan Prezidentə - FOTOLAR - VİDEO
“Holland dairəsi” nədir? - FOTOLAR
Bu prospektdə hərəkət sxemi dəyişir - Düzünə getmək mümkün olacaq - FOTO
Bakının tramvay tarixi; maşinistlər yenə qadınlar olmalıdır? - ARAŞDIRMA
Rus və ukraynalıların Afrika səhrasındakı döyüşlərindən geriyə qalan avtomobillər - FOTOLAR













