Metrobus: İstanbulluları tıxacdan xilas edən vasitə - FOTO

Avtosfer Foto 27 Fevral 2024 14:29 Oxunub 350
Metrobus:  İstanbulluları tıxacdan xilas edən vasitə  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Əhali sayına görə Avropanın birinci şəhəri olan İstanbuldakı nəqliyyat sıxlığından hamı xəbərdardır. Lakin bu, heç də bütün şəhərin hər gün iflic vəziyyətinə düşdüyü anlamına gəlmir.

İstanbulun ictimai nəqliyyatının bir parçası da metrobus deyilən 3 və 4 oxlu avtobuslardır. 2007-ci ildə şəhərin Avropa hissəsində açılan sistem bir neçə il əvvəl Asiya tərəfində də xidmət göstərməyə başlayıb. 
8 xətdə 44 dayanacağı olan sistemdə 650-dək avtobus fəaliyyət göstərir. Avtobusların sərnişin tutumu modelinə görə 160-300 arası dəyişir. Bu sistemdən gündə 800 minədək sərnişin istifadə edir. Xətlərin ümumi uzunluğu (hələlik) 52 km-dir və digər nəqliyyatın yolu ilə kəsişmir.
Doğrudur, digər ictimai nəqliyyat növləri ilə müqayisədə metrobusda sıxlıq daha çox olsa da, onu praktik hesab etmək olar. Bəzən interval yarım dəqiqədən az olsa da, avtobuslar dolu olur. 
Metrobusların işini araşdırarkən açıq mənbələrdə qarşıma belə bir informasiya çıxdı: layihə ortaya atıldıqda çoxları iddia edirdi ki, metrobus İstanbul üçün əlavə yükə çevriləcək, şəhərdə hərəkət daha da pisləşəcək. 
Bu tezis yalan çıxdı: doğrudur, avtomobil yolları bir qədər daralsa da, bu gün sərnişinlər tıxacsız hərəkətə görə metrobusdan razıdır. 
Xətlər istifadəyə açıldıqdan sonra Mercedes markalı avtobusların mühərrikinin zəif olması, özünü doğrultmayacağı iddiası da əsassız çıxdı. Tarix göstərdi ki, istismardan çıxarılanadək hər maşın azı 1 milyon km qət edib. 

Bu gün isə iş yeri və yaşadığı yer metrobus yolu üzərində yerləşən İstanbul sakini üçün heç bir tıxac qorxulu deyil. Bu nəqliyyatda sərnişin sıxlığına görə ləngimə olsa da, tıxacda qalıb gecikmək anlayışı yoxdur.

Vüqar

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh