Avtosfer.az | Reklam
Mikroavtobus park edilmiş TIR-a çırpıldı; ölən və xəsarət alan var - VİDEO
Avtosfer Foto 9 Oktyabr 2020 20:48 Oxunub 1544
Mikroavtobus park edilmiş TIR-a çırpıldı;  ölən və xəsarət alan var - VİDEO

Bolqarıstanda iki nəqliyyat vasitəsinin iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az TSN-yə istinadən xəbər verir ki, hadisə Türkiyə sərhədi yaxınlığındakı yerləşən Elxovo və Lesovo yaşayış məntəqələri arasında qeydə alınıb.

Məlumata görə, hərəkətdə olan sərnişin daşıyan mikroavtobus, park edilmiş TIR-a arxadan çırpılıb. Zərbənin şiddətindən mikroavtobus deformasiyaya uğrayıb. Qəza nəticəsində 3 nəfər ölüb, 15 nəfər də xəsarətlər alıb. Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Faktla əlaqədar araşdırma aparılır.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh