Mikroavtobus və yük maşını toqquşub; İki nəfər ölüb, yaralananlar arasında üç uşaq var - FOTO

Avtosfer Foto 9 Noyabr 2022 20:00 Oxunub 1432
Mikroavtobus və yük maşını toqquşub;  İki nəfər ölüb, yaralananlar arasında üç uşaq var - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Rusiyada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə zamanı “Toyota Verso” markalı mikroavtobusun sürücüsü qarşı zolağa çıxıb və orada yarımqoşqulu “Scania” markalı yük maşını ilə toqquşub.

Baş verən qəzada iki nəfər ölüb, daha bir neçə nəfər, o cümlədən üç uşaq yaralanıb.

Prokurorluğun məlumatına görə “Toyota”nın iki sərnişini yerindəcə dünyasını dəyişib. Mikroavtobusda olan beş nəfər - iki böyük və üç uşaq isə xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib.

Yerli medianın ilkin məlumatına görə, ölənlər 73 yaşlı kişi və 69 yaşlı qadındır; yaralananlar isə 5, 8 və 10 yaşlı üç oğlan və onların valideynləridir.

Nərminə Əli

ŞƏRH YAZ
Ad

E-mail

Şərh