Nazir idmançılara ən bahalı "Mercedes" və "BMW" verəcək - Uğur qazansalar - FOTO
Avtosfer Foto
8 Dekabr 2021 12:08

Azərbaycan Velosiped Federasiyasının yeni prezidenti Mədət Quliyev idmançılar üçün təzə mükafatlar müəyyənləşdirib. Avtosfer.az “qafqazinfo”ya istinadən xəbər verir ki, eyni zamanda müdafiə sənayesi naziri olan M.Quliyevin göstərişi ilə mükafatlar barədə velosipedçilərin məşq etdiyi zalların girişinə məlumat lövhəsi yerləşdirilib. Lövhədə Olimpiya, dünya və Avropa çempionu olan idmançıya “Mercedes-Benz S-Class” və ya "BMW" 7-ci seriya avtomobil, Bakı şəhərində 5 otaqlı mənzil, 100 min manat mükafat, ayda 3 min manat olmaqla illik 36 min manatlıq maddi yardım veriləcəyi qeyd olunub.
Adıçəkilən turnirlərdə gümüş medal qazanan idmançı isə “Mersedes E-Class” və ya "BMW "5-ci seriya avtomobil, Bakı şəhərində 4 otaqlı mənzil, 70 min manat mükafat və ayda 2 min olmaqla 24 min manatlıq maddi yardım alacaq.
3-cü yerin sahibi isə “Mersedes C-Class” və ya "BMW" 3-cü seriya avtomobilə, Bakıda 3 otaqlı mənzilə, 50 min manatlıq mükafata və ayda min manat olmaqla illik 12 min manat maddi yardıma sahib çıxacaq.
Qeyd edək ki, rəsmi olaraq Prezident sərəncamı ilə Olimpiya çempionlarına pul mükafatı təqdim edilir.

Oxunub : 2462
DİGƏR XƏBƏRLƏR
12 Mart 2026 09:30
Bakının tramvay tarixi; maşinistlər yenə qadınlar olmalıdır? - ARAŞDIRMA
11 Mart 2026 17:48
Rus və ukraynalıların Afrika səhrasındakı döyüşlərindən geriyə qalan avtomobillər - FOTOLAR
11 Mart 2026 09:30
Sovet avtomobillərinin reklam üzü niyə məhz rus qadınları idi? - FOTOLAR
10 Mart 2026 07:00
Lökbatanda sovet memarlarının “səhvləri” belə düzəldilir - FOTOLAR
6 Mart 2026 10:48
Sovet Azərbaycanında avtomobil qiymətləri - FOTOLAR
24 Fevral 2026 16:48
50 il əvvəl XXI əsrin avtomobilini belə təsəvvür edirdilər - FOTOLAR
23 Fevral 2026 13:30
“Şamaxinka”da tıxaca səbəb olan taksilər niyə yığışdırılmır? - DYP-dən AÇIQLAMA FOTOLAR
23 Fevral 2026 13:00
Dayanacağı zəbt edən yarım milyonluq “BMW”nin SAHİBİ KİMDİR? - FOTO
20 Fevral 2026 10:48
Hərəkət qaydası dəyişdi - "Şamaxinka"da ilk dəfə svetoforlar işə düşdü - FOTO - VİDEO
18 Fevral 2026 17:18
Vahid platforma belə olur: 8 fərqli avtomobil - FOTOLAR
17 Fevral 2026 17:41
"KAMAZ"ın 50 yaşı tamam olur - FOTOLAR
17 Fevral 2026 15:30
Bakının nəqliyyat infrastrukturu necə dəyişəcək? - Baş planda belədir - FOTO
ŞƏRH YAZ










