Təhlükəsizlik kəmərinə yalançı başlıq taxanlara pis xəbər - Qadağa olacaq - FOTO

Rusiya parlamenti (Duma) təhlükəsizlik kəməri tıxaclarının satışı və istifadəsini qadağan edən qanun layihəsi hazırlayır. Təəssüf ki, ölkəmizdə də bu detaldan istifadə edənlərin sayı kifayət qədərdir. Bəs təhlükəsizlik kəməri tıxacı sürücü və sərnişin üçün hansı riski yaradır?
Avtosfer.az xəbər verir ki, təhlükəsizlik kəməri ilə hava yastıqları bir-biri ilə əlaqədə işləyir. Yəni, kəmər taxılmadıqda qəza anında yastıqlar açılmır. Lakin tıxacdan istifadə etdikdə isə vəziyyət dəyişir. Elektron sistem sürücünü kəmər taxmış hesab edərək hava yastığını aktivləşdirir. Bu zaman sürücünün üzü böyük zərbə ilə yastığa çırpılaraq geri itələnir və baş oturacağa çırpılır. Sürücü zərbənin təsirindən yenidən irəli itələnərək sükana çırpılır. Proses 3 saniyə ərzində dəfələrlə təkrarlanır. Sistemi aldatdığını düşünən qabaq oturacaqdakı sərnişin isə daha ciddi zərbə alır. Hava yastıqları olmayan avtomobildə belə qəza zamanı daha az risk yaranır.
Ölkəmizdə dəfələrlə sürücü kəmər taxmadığı halda hava yastıqlarının açılması ilə müşayiət olunan qəzalar baş verib. Çox vaxt bunu hansısa istehsalat xətası ilə izah edənlər tapılır. Belə bir qüsur istisna edilməsə də, əsas səbəb məhz kəmər tıxaclarıdır.

Azərbaycan bazarında da Toyota, Mercedes, Kia, Porsche loqosu daşıyan kəmər tıxaclarına rast gəlinir. İndi bir anlıq düşünək: bir marka ölüm və xəsarət hallarının artmasına səbəb olan detalı istehsal edərək öz nüfuzunu zədələmək istəyərmi? Yaxud, Yaponiya, Almaniya və ya Koreyada hökumət belə bir təhlükəli əşyanın istehsalına lisenziya verərmi? Məncə, cavab aydındır.

PS. Bir neçə ay əvvəl Rusiyada baş vermiş qəza kəmər əleyhidarlarının “arqumentlərini” möhkəmləndirib. VAZ-2101-in sürücüsü son model “Lexus”la toqquşarkən alın şüşəsindən çıxaraq bir neçə metr aralı düşüb və salamat qalıb. “Lexus” əzilsə də, nə sürücü, nə də sərnişinlərin tibbi yardıma ehtiyacı olmayıb. Onlar kəmər və hava yastıqları sayəsində xilas olublar.

Qəzadan bir neçə gün sonra xəstəxanadan çıxan sürücü özünə başqa maşın alıb. O, indi nə özü kəmər taxır, nə də sərnişinlərə icazə verir. Rus mujikin “arqument”i budur ki, kəmər taxsaydı həyatda olmayacaqdı.
Vüqar Yaşaroğlu
Formula-1 yarışlarının təhlükəsizlik avtomobilləri - FOTO
"Ferrari"nin əfsanəvi modeli HƏRRACDA - FOTO
Transformerlərə bənzəyən avtomobil təqdim olundu - FOTOLAR
Yağışlı havada sürüşən avtobus svetoforda dayanan maşına çırpıldı; 4 yaralı var - FOTOLAR
İşıqforda dayananda yandakı maşının təkərinə niyə diqqət etməlisiniz? - FOTO
Sabiq prezidentlər hansı avtomobilə üstünlük verib? – ARAŞDIRMA - FOTOSESSİYA
İrandan Azərbaycan kulinariya bloquna təhdidlər: Dadkes.az hədəfə götürülüb - FOTO
Naxçıvana 50 km yolumuz olacaq - Zəngəzur dəhlizində SON VƏZİYYƏT - FOTOLAR
Bu küçələrdə yeni işıqforlar quraşdırıldı - FOTO
Papaya elektromobil hədiyyə edildi - Bu maşın papamobil hesab edilmir - FOTO
Bakıda "Azparking" ərazisi özəlləşdirilib: Nəzarətçilər niyə göz yumur? - ŞİKAYƏT - FOTO











