Paytaxtın mərkəzi prospektində velosiped zolağı işıqlandırılıb: Layihə KİMİNDİR? - FOTO

Bakının mərkəzi prospektlərindən olan 8 Noyabr prospektində velosiped yollarının və səkilərin xüsusi işıqlandırma ilə təchiz edilməsi ictimaiyyətin diqqətini cəlb edib.
Avtosfer.az xəbər verir ki, məsələ sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilib və vətəndaşlar bu təşəbbüsü alqışlayıblar.

Bu layihənin hansı qurumun təşəbbüsü əsasında həyata keçirilməsi ilə yanaşı, bu cür işıqlandırmanın bütün velosiped yollarını əhatə edəcəyi, yoxsa ancaq 8 Noyabr prospekti üçün nəzərdə tutulduğu sualları da meydana çıxıb.
Cavab tapmağa çalışdıq.
Bakı Abadlıq Xidmətinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Lalə Əliyeva açıqlamasında layihənin təmsil etdiyi qurum tərəfindən həyata keçirildiyini diqqətə çatdırıb.
O qeyd edib ki, bunun üçün təmsil etdiyi quruma Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) müraciət edib.
"COP tədbiri zamanı velosiped yollarının salınması ilə bağlı sifariş verilmişdi. O yolların işıqlandırılması Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) verilən tapşırıq idi, çünki layihə onların idi. Layihənin icrası üçün AAYDA-ya müraciət olunmuşdu. Onlar da öz növbələrində, hansı nümunə əsasında sifariş yerinə yetirilsin deyə, Bakı Abadlıq Xidmətinə müraciət etmişdi ki, anbarlarda nə var, işıqlandırma ilə bağlı nə təklif edə bilərik?
Bakı Abadlıq Xidməti olaraq biz də, nümunə olaraq, 8 Noyabr prospektində bir neçə belə işıq dirəyi quraşdırdıq. İndiyə qədər də o iş nümunə və təklif olaraq qalır.
Bundan sonra bu işlər davam edəcəkmi, etməyəcəkmi, bu, artıq AYNA-ya veriləcək sualdır. Çünki layihə onlarındır. Əgər bu nümunələr əsasında davam ediləcəksə, ya AAYDA-ya, ya hansısa bir şirkətə, ya da Bakı Abadlıq Xidmətinə, o nümunəni davam etdirin, deyiləcək. Amma hələlik, bizdə bu layihənin davam edib etməyəcəyi ilə bağlı hər hansı məlumat yoxdur", - deyə L.Əliyeva bildirib.
AAYDA-nın Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, AYNA-nın sifarişi əsasında ərazidə velosiped yollarının və səkilərin salınması işləri həyata keçirilib.
"8 Noyabr prospektində biz üzərimizə düşən işi icra etmişik. İşıqlandırılma məsələsi bizim layihəmiz deyil və bizim quruma bir aidiyyəti yoxdur", - deyə A.Nəcəfli bildirib.
AYNA-dan bildirilib ki, digər yerlərdən fərqli olaraq, 8 Noyabr prospektində salınan velosiped yolları "bufer zona"lar vasitəsilə yolun nəqliyyat vasitələri üçün nəzərdə tutulan hissəsindən ayrılıb.
"Buna görə də buradakı velosiped zolaqları ayrıca işıqlandırılıb. Oxşar layihələrdə də ehtiyac yaranarsa, bu cür yanaşma tətbiq oluna bilər.
Bakı şəhərində mikromobillik zolaqlarının əksəriyyəti yolun nəqliyyat vasitələri üçün nəzərdə tutulan hərəkət hissəsində təşkil olunub. Bu halda velosiped zolaqlarının ayrıca işıqlandırılmasına ehtiyac qalmır", - deyə açıqlamada vurğulanıb.
(oxu.az)
Avtodayanacaqda iki avtomobildən 30 milyon dollar oğurlanıb – Polis 4 nəfəri axtarır - FOTO
Hibrid avtomobil necə ortaya çıxdı? - FOTO
İlk avtomobil patentinin günü - FOTO
Bahalı kortej yox, sadə avtomobil: Hansı ölkə rəhbərləri ucuz maşın seçir? - ARAŞDIRMA
Azərbaycanlıların ilk tanış olduğu “xarici maşın”lardan birinin ildönümü - FOTO
Almanlara İran şahından yadigar qalan "Gelandewagen" - FOTO
Bu küçədə səki illərdir parkinqə çevrilib - FOTO
Bakıdakı bu ərazidə hərəkətin təşkili belə olmalıdır – TƏKLİF - FOTO
Formula-1 yarışlarının təhlükəsizlik avtomobilləri - FOTO
"Ferrari"nin əfsanəvi modeli HƏRRACDA - FOTO
Transformerlərə bənzəyən avtomobil təqdim olundu - FOTOLAR










