Prezident Bakıda xüsusi təyinatlı nəqliyyat vasitələri ilə tanış oldu - FOTO - YENİLƏNİB

Dekabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda kommunal xidmət göstərəcək müxtəlif xüsusi təyinatlı nəqliyyat vasitələri ilə tanış olub.
Avtosfer.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov dövlət başçısına nəqliyyat vasitələrinin texniki göstəriciləri və imkanları barədə məlumat verib.
Bildirilib ki, burada “İVECO” və “Dong Feng” şirkətlərinin istehsalı olan müxtəlif kommunal işlər üçün nəzərdə tutulan nəqliyyat vasitələri və texnikalar var. Nəqliyyat vasitələrinin əksəriyyəti tam elektrikli olmaqla, ekoloji cəhətdən ətraf mühitə ziyan vurmadan çalışır.
Qeyd edək ki, Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində Azərbaycanın hər bir bölgəsində, o cümlədən Bakıda ardıcıl olaraq yenidənqurma və abadlaşdırma işləri aparılır, digər şəhərlərimizdə olduğu kimi, paytaxtda da ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılır. Bütün bunlar həm şəhər sakinləri, həm də paytaxtımızın qonaqları tərəfindən böyük məmnunluqla qarşılanır. Təsadüfi deyil ki, Bakıya gələn turistlər paytaxtımızın dünyanın ən təmiz və gözəl şəhərlərindən biri olduğunu qeyd edirlər.
***
Azərbaycan Prezidenti İlham Əliyev Bakıda kommunal xidmət göstərəcək müxtəlif xüsusi təyinatlı nəqliyyat vasitələri ilə tanış olub.
Avtosfer.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.













50 il əvvəl XXI əsrin avtomobilini belə təsəvvür edirdilər - FOTOLAR
“Şamaxinka”da tıxaca səbəb olan taksilər niyə yığışdırılmır? - DYP-dən AÇIQLAMA FOTOLAR
Dayanacağı zəbt edən yarım milyonluq “BMW”nin SAHİBİ KİMDİR? - FOTO
Hərəkət qaydası dəyişdi - "Şamaxinka"da ilk dəfə svetoforlar işə düşdü - FOTO - VİDEO
Vahid platforma belə olur: 8 fərqli avtomobil - FOTOLAR
"KAMAZ"ın 50 yaşı tamam olur - FOTOLAR
Bakının nəqliyyat infrastrukturu necə dəyişəcək? - Baş planda belədir - FOTO
Bu 7 naziri nə birləşdirir? - Maraqlı MƏLUMATLAR
Avtomobil mövzusunda qeyri-adi nominallı sikkə - FOTO
Avtodayanacaqda iki avtomobildən 30 milyon dollar oğurlanıb – Polis 4 nəfəri axtarır - ANBAAN VİDEO
Hibrid avtomobil necə ortaya çıxdı? - FOTO








