Prezidenti sui-qəsddən qoruyan avtomobilin son görüntüləri - FOTO - VİDEO
Avtosfer Foto 19 May 2021 12:10 Oxunub 1894
Prezidenti sui-qəsddən  qoruyan avtomobilin son görüntüləri  - FOTO - VİDEO

Sosial şəbəkələrdə Gürcüstanın eks-prezidenti Eduard Şevardnadzeyə edilən sui-qəsd zamanı istifadə etdiyi avtomobilin yeni görüntüləri yayılıb. 
Avtosfer.az xəbər verir ki, 1998-ci ildə Gürcüstanın prezidentini sui-qəsddən qoruyan zirehli avtomobil hal-hazırda çürüməkdədir. 

Eduard Şevardnadze dəbdəbəli avtomobilləri ilə məhşur idi. Onun keçirdiyi bir sıra islahatlarla razılaşmayanlar prezidentə iki dəfə sui qəsd ediblər. 

1995-ci ildə “Volvo” ilə sui-qəsdə düşən Eduard Şevardnadze sağ qalsa da, müxtəlif zədələr almışdı. 

İkinci sui qəsd isə 1998-ci ildə baş verib. Zirehli “Mercedes”də əyləşən prezident bu sui-qəsddən burnu belə qanamadan çıxıb. 

Bu gün Almaniyada “Mercesedes” muzeyində  Eduard Şevardnadzenin “təşəkkür” imzalı məktubu da var. Amma təəssüflər olsun ki, “Dünyanı dəyişdim” deyən bir prezidenti ölümdən xilas edən avtomobil muzey abidəsi olmaq yerinə bu gün çürüməkdədir.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh