Qaradağda səkinin üstündə nə tikilir? - RƏSMİ AÇIQLAMA - FOTO

Qaradağ rayonu ərazisində səkilərdən birinin üzərində obyekt tikilir. Avtosfer.az xəbər verir ki, bu barədə ərazidə yaşayan sakinlər məlumat verib. Bildirilir ki, səki tamamilə bağlanıb. Sakinlər bu tikintiyə hansı şərtlərlə icazə verilməsu ilə maraqlanır.
Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsindən bildirib ki, idarənin əməkdaşları tərəfindən Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsi ünvanında şəhərsalma nəzarəti qaydasında aparılan monitorinq zamanı sözügedən ünvanda heç bir icazəverici sənəd olmadan qanunsuz metal konstruksiyanın quraşdırılması faktı aşkarlanaraq tikinti cəhdinin qarşısı alınıb.
Bununla yanaşı, fakt üzrə müvafiq qaydada akt tərtib edilərək ərazinin nəzarətdə saxlanılması, qısa zamanda söküntü işlərinin və digər tədbirlərin həyata keçirilməsi üçün aidiyyəti üzrə müvafiq dövlət orqanlarına və rayon icra hakimiyyətinə məlumat verilib.
Fotonu təqdim edirik:
Leyla
Avtodayanacaqda iki avtomobildən 30 milyon dollar oğurlanıb – Polis 4 nəfəri axtarır - FOTO
Hibrid avtomobil necə ortaya çıxdı? - FOTO
İlk avtomobil patentinin günü - FOTO
Bahalı kortej yox, sadə avtomobil: Hansı ölkə rəhbərləri ucuz maşın seçir? - ARAŞDIRMA
Azərbaycanlıların ilk tanış olduğu “xarici maşın”lardan birinin ildönümü - FOTO
Almanlara İran şahından yadigar qalan "Gelandewagen" - FOTO
Bu küçədə səki illərdir parkinqə çevrilib - FOTO
Bakıdakı bu ərazidə hərəkətin təşkili belə olmalıdır – TƏKLİF - FOTO
Formula-1 yarışlarının təhlükəsizlik avtomobilləri - FOTO
"Ferrari"nin əfsanəvi modeli HƏRRACDA - FOTO
Transformerlərə bənzəyən avtomobil təqdim olundu - FOTOLAR












