Səkidə maşın saxladı, cərimə yazıldı: ŞİKAYƏT EDİR - FOTO
Avtosfer Foto
20 Noyabr 2023 11:09
Oxunub 946
Sosial şəbəkə iştirakçılarından biri ona qanunsuz cərimə yazılması iddiası ilə çıxış edib.
Avtosfer.az xəbər verir ki, Facebook sosial şəbəkəsində "Hüquqşünaslar" qrupunda bu barədə paylaşım edərək hüquqi yardım istəyib. Məsələ budur ki, sürücü özünə məxsus olan 99-VK-229 dövlət nömrə nişanlı avtomobili marketin qarşısında olan səkidə saxlayıb. Sahibkar qanunsuz olaraq səkini zəbt edərək guya parkinq düzəldib. Sürücü idda edir ki, o maşını "parkinqdə" saxlayıb və ona yazılan cərimə qanunsuzdur.
Lakin həmin ərazi səkidir və orda avtomobillərin saxlanması qadağandır. Ərazidə olan "Rahat" marketin səkini işğal edərək dəmir basdırması və orda qanunsuz "parklanma yeri" düzəltməsi yolverilməzdir.
Fotoları təqdim edirik:
Leyla
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR