Sovet xəritələrində ilişib qalan, Şərqi Zəngəzuru unutmuş Türk Hava Yolları - FOTO

İstanbula səfər zamanı türk dünyasının ən böyük şəhərinin ictimai nəqliyyatı barədə bir neçə xəbər yazmaq istəyirdim. Planda ən sonuncu yerdə aviasiya dayanırdı. Lakin məsələnin aktuallığını nəzərə alaraq yerdəyişmə etməyə məcbur oldum.
Məni ardıcıllığı pozmağa Türk Hava Yollarının (THY) Bakıya uçan təyyarələrindəki xəritə vadar etdi. Sərnişinlərin qarşısındakı ekranda əks olunan 3D xəritədə Azərbaycanın bir toponiminin adı sovet dövründəki kimi göstərilir. Söhbət Qızılağac körfəzindən gedir.
İnteraktiv xəritədə toponim Kirov körfəzi (Kirov Gulf) kimi qeyd olunub. Halbuki, Körfəz ilk dəfə 1720-ci ildə xəritəyə salınıb və ora tökülən eyniadlı çayın (Qızılağacçay) adına münasib Qızılağac körfəzi adlandırılıb.

1935-ci ildə körfəz kommunist S.M. Kirovun şərəfinə adlandırılıb, 1991-ci ildə toponimin əzəli adı bərpa edilib. Başqa sözlə, bu hidronimin tarixi adı Azərbaycanın müstəqilliyindən bir neçə ay əvvəl özünə qaytarılıb. Bu zaman THY nəinki Bakıya uçuş planlaşmırdı, heç o zaman Türkiyə vətəndaşlarının mütləq əksəriyyətinin Azərbaycanla bağlı təsəvvürü yox idi.
Dərd budur ki, xidmətindən istifadə etdiyim Şərq ölkələrinin təyyarələrində toponimin adı düzgün yazılıb.
Bu yeganə xəta deyil.
Kürdən yuxarı ərazilər xəritədə əsasən düzgün əks olunsa da, eyni şeyi işğaldan azad edilmiş ərazilər barədə demək mümkün deyil. Azad olunmuş ərazilərdən yalnız Ağdam, Xankəndi və Füzulinin adları xəritədə əks olunub. Digər rayonlar boş dağlıq ərazi kimi göstərilir.
.jpg)
Dərd burasıdır ki, bu xəritələri Google Map proqramı ilə sinxronlaşdırmaqla bütün xətaları aradan qaldırmaq mümkündür. Çünki söhbət 5-6 ildə bir dəfə nəşr olunan kağız xəritədən getmir. Yeri gəlmişkən, Google Map Stepanakert, Martakert, Berdzor, Karvaşar kimi qondarma adları hələ 2022-ci ildə silib.
Digər tərəfdən, Azərbaycan əraziləri erməni işğalı altında ikən uçuşa qapalı zona idi. Bu gün isə azad olunmuş ərazilərimizdə bir beynəlxalq hava limanı fəaliyyət göstərir, digərlərinin tikintisi davam edir. Bir sözlə, 4 il əvvlədək boz olan ərazilər bu gün bozluqdan və boşluqdan xilas olaraq həyat qaynayan yaşayış massivlərinə çevrilir.
Ümid edirik ki, THY tezliklə bu xətanı aradan qaldıracaq.
Vüqar
50 il əvvəl XXI əsrin avtomobilini belə təsəvvür edirdilər - FOTOLAR
“Şamaxinka”da tıxaca səbəb olan taksilər niyə yığışdırılmır? - DYP-dən AÇIQLAMA FOTOLAR
Dayanacağı zəbt edən yarım milyonluq “BMW”nin SAHİBİ KİMDİR? - FOTO
Hərəkət qaydası dəyişdi - "Şamaxinka"da ilk dəfə svetoforlar işə düşdü - FOTO - VİDEO
Vahid platforma belə olur: 8 fərqli avtomobil - FOTOLAR
"KAMAZ"ın 50 yaşı tamam olur - FOTOLAR
Bakının nəqliyyat infrastrukturu necə dəyişəcək? - Baş planda belədir - FOTO
Bu 7 naziri nə birləşdirir? - Maraqlı MƏLUMATLAR
Avtomobil mövzusunda qeyri-adi nominallı sikkə - FOTO
Avtodayanacaqda iki avtomobildən 30 milyon dollar oğurlanıb – Polis 4 nəfəri axtarır - ANBAAN VİDEO
Hibrid avtomobil necə ortaya çıxdı? - FOTO











