Sürücülərə ŞAD XƏBƏR: Bakının ən dik yollarından biri ləğv olunur - FOTO - VİDEO

Bakının Yasamal rayonunda Tövbə məscidinin (Nəriman Nərimanov abidəsinin aşağısı) yaxınlığında yerləşən Süleyman Tağızadə küçəsində hərəkət sxeminin dəyişdirilməsi işləri aparılır.
Avtosfer.az xəbər verir ki, bu barədə Caliber.az-a Yasamal Rayon İcra Hakimiyyətindən bildirilib.
Məlumata görə, xüsusilə, avtomobillərin nasazlığına səbəb olan dik yoxuşun (sürücülərin keçmiş Avropa liseyinin binası və məscidi keçərək N.Nərimanov abidəsinə çıxdıqları yol) əvəzinə dolayı yol inşa edilir.
Yeni yol məscid binasından yan tərəfə, Mərkəzi parka doğru uzanacaq və Nəriman Nərimanov prospektinə (keçmiş Sovetski küçəsi) çəpinə çıxacaq.
İşlər Mərkəzi parkın ərazisinin genişləndirilməsi (Təzə pir məscidinin yuxarısındakı sahə hesabına) və ətraf ərazinin abadlaşdırılması çərçivəsində növbəti mərhələ kimi həyata keçirilir.
Avtodayanacaqda iki avtomobildən 30 milyon dollar oğurlanıb – Polis 4 nəfəri axtarır - FOTO
Hibrid avtomobil necə ortaya çıxdı? - FOTO
İlk avtomobil patentinin günü - FOTO
Bahalı kortej yox, sadə avtomobil: Hansı ölkə rəhbərləri ucuz maşın seçir? - ARAŞDIRMA
Azərbaycanlıların ilk tanış olduğu “xarici maşın”lardan birinin ildönümü - FOTO
Almanlara İran şahından yadigar qalan "Gelandewagen" - FOTO
Bu küçədə səki illərdir parkinqə çevrilib - FOTO
Bakıdakı bu ərazidə hərəkətin təşkili belə olmalıdır – TƏKLİF - FOTO
Formula-1 yarışlarının təhlükəsizlik avtomobilləri - FOTO
"Ferrari"nin əfsanəvi modeli HƏRRACDA - FOTO
Transformerlərə bənzəyən avtomobil təqdim olundu - FOTOLAR

















