“Tesla” avtosalonuna atəş AÇDILAR - “İlonu öldürün” - FOTO

Avtosfer Foto 20 Fevral 2025 12:30 Oxunub 1808
“Tesla” avtosalonuna atəş AÇDILAR - “İlonu öldürün” - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

ABŞ-da naməlum şəxslər “Tesla” avtosalonuna atəş açaraq şirkətin qurucusu, amerikalı sahibkar İlon Maskı qətlə yetirməyə çağırıblar.

Avtosfer.az xəbər verir ki, hadisə fevralın 19-u səhər saatlarında Oreqon ştatının Salem şəhərində baş verib. Bu barədə “Salem Reporter” portalı məlumat yayıb.

image

Bildirilir ki, salona hücum nəticəsində şüşələr və bir neçə avtomobil zədələnib.

Onlar sınmayan şüşələrdən birinə “İlonu öldürün” qeydini əlavə ediblər.

Hazırda polis hadisə ilə bağlı araşdırma aparır.

Yerli hakimiyyət orqanları hücumun xüsusilə Maskın sosial mediadakı açıqlamaları ilə əlaqəli olduğunu düşünür.

 

Namiq Musayev

 

tesla oregon shooting

ŞƏRH YAZ
Ad

E-mail

Şərh