Təzə “Toyota”ların yarı qiymətə satılmasının SƏBƏBİ - FOTO

Rusiyanın Uzaq Şərq regionunda təzə “Toyota Corolla Cross” avtomobilləri 2,3 milyon rubla (təxminən 48 000 manat) satılır. 2 litrlik mühərriklə təchiz edilmiş avtomobillərin federasiyada real qiyməti bundan təxminən 2 dəfə çoxdur. Bəs bu ucuzluğun səbəbi nədir?
Avtosfer.az xəbər verir ki, səbəb avtomobillərin Çin istehsalı olmasıdır. Söhbət 2024-cü ilədək istehsal edilmiş, anbarda qalan modellərdən gedir. Utilizasiya rüsumu və gömrük xərci az olsun deyə avtomobillər fiziki şəxslər tərəfindən gətirilir.

Daha vacib məqam avtomobillərin zəmanətinin olmaması və servislə bağlı problemlərdir. Bir sözlə, vəziyyət Azərbaycandakından fərqli deyil. Avtomobillər sırf Çin bazarı üçün istehsal edildiyindən bütün servis təmimatları və proqram təminatı Çin dilindədir. Maşınların komplektasiyası Avropa modellərindən ciddi şəkildə fərqlənir.
İlk aylarda hər şey qaydasında gedir. Bir müddət istismardan sonra texniki qulluq tələb edildikdə isə çətinliklər (servis yoxdur, detal tapılmır, diaqnostika mümkün deyil və s.) üzə çıxır. Burada yenə də itirən tərəf avtomobilin sahibi olur.
Vüqar Yaşaroğlu
Bu küçədə səki illərdir parkinqə çevrilib - FOTO
Bakıdakı bu ərazidə hərəkətin təşkili belə olmalıdır – TƏKLİF - FOTO
Formula-1 yarışlarının təhlükəsizlik avtomobilləri - FOTO
"Ferrari"nin əfsanəvi modeli HƏRRACDA - FOTO
Transformerlərə bənzəyən avtomobil təqdim olundu - FOTOLAR
Yağışlı havada sürüşən avtobus svetoforda dayanan maşına çırpıldı; 4 yaralı var - FOTOLAR
İşıqforda dayananda yandakı maşının təkərinə niyə diqqət etməlisiniz? - FOTO
Sabiq prezidentlər hansı avtomobilə üstünlük verib? – ARAŞDIRMA - FOTOSESSİYA
İrandan Azərbaycan kulinariya bloquna təhdidlər: Dadkes.az hədəfə götürülüb - FOTO
Naxçıvana 50 km yolumuz olacaq - Zəngəzur dəhlizində SON VƏZİYYƏT - FOTOLAR
Bu küçələrdə yeni işıqforlar quraşdırıldı - FOTO











