Toqquşan maşınlardan biri yandı: 4 ölü, 2 yaralı - FOTO + VİDEO

Türkiyənin Sinop bölgəsində iki nəqliyyat vasitəsinin iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, hadisə iyunun 11-də Sinop-Boyabat avtomagistralının 15-ci kilometrliyində qeydə alınıb.
Məlumata görə, tibb işçilərinin olduğu maşın, əks yolda hərəkətdə olan minik avtomobili ilə toqquşub.
Zərbənin təsirindən maşın yanıb, digər minik avtomobili isə deformasiyaya uğrayaraq dəmir arakəsmələrin üzərində asılı qalıb.
Nəticədə maşında olan üç nəfər yanaraq, digər avtomobilin sərnişini isə aldığı xəsarətlərdən hadisə yerində ölüblər. Daha 2 nəfər (yanan maşının sərnişini və minik avtomobilinin sürücüsü) müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılara ilkin tibbi yadım göstərildikdən sonra yaxınlıqdakı xəstəxanaya aparılıblar.
Faktla bağlı araşdırma aparılır.
Namiq Musayev


Bu küçədə səki illərdir parkinqə çevrilib - FOTO
Bakıdakı bu ərazidə hərəkətin təşkili belə olmalıdır – TƏKLİF - FOTO
Formula-1 yarışlarının təhlükəsizlik avtomobilləri - FOTO
"Ferrari"nin əfsanəvi modeli HƏRRACDA - FOTO
Transformerlərə bənzəyən avtomobil təqdim olundu - FOTOLAR
Yağışlı havada sürüşən avtobus svetoforda dayanan maşına çırpıldı; 4 yaralı var - FOTOLAR
İşıqforda dayananda yandakı maşının təkərinə niyə diqqət etməlisiniz? - FOTO
Sabiq prezidentlər hansı avtomobilə üstünlük verib? – ARAŞDIRMA - FOTOSESSİYA
İrandan Azərbaycan kulinariya bloquna təhdidlər: Dadkes.az hədəfə götürülüb - FOTO
Naxçıvana 50 km yolumuz olacaq - Zəngəzur dəhlizində SON VƏZİYYƏT - FOTOLAR
Bu küçələrdə yeni işıqforlar quraşdırıldı - FOTO











