Türkiyədə bir prospektə Azərbaycan, bir küçəyə isə Qarabağ adı verilib - VİDEO
Avtosfer Foto
9 Dekabr 2020 17:18
Oxunub 1870
Türkiyənin Van vilayətinin Çaldıran rayonunda “Rəcəb Tayyib Ərdoğan” məhəlləsində bir prospektə “Azərbaycan”, bir küçəyə isə “Qarabağ” adı verilib. “Anadolu” agentliyinin məlumatına görə, bununla əlaqədar rayonda böyük mərasim keçirilib, küçələr Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilib.
Tədbirdə digər qonaqlarla yanaşı Beynəlxalq Diaspor Mərkəzinin sədri, Dünya Azərbaycanlıları Konqresinin İdarə Heyətinin üzvü İsmayıl Ağayev və köməkçisi Sami Radigüzelli də iştirak edib.
Tədbir iştirakçılar Azərbaycanın şanlı qələbəsini təbrik edərək, rayonun ən vacib prospekt və küçəsinə “Azərbaycan” və “Qarabağ” adının verilməsindən qürur duyduqlarını deyiblər.
“Biz artıq bir millət - iki dövlət deyilik, tək millət - tək dövlətik. Burada təkcə prospektin adını dəyişdirmədik, həmçinin Azərbaycanın böyük zəfərini qeyd etdik”, - deyə bələdiyyə rəhbəri Şefik Ensari vurğulyıb.
İsmayıl Ağayev prospekt və küçənin Azərbaycanın və Qarabağın şərəfinə adlandırılmasından böyük sevinc duyduğunu bildirib.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR