Uşaqları avtomobildə daşınması – ƏSAS SƏHVLƏR - FOTO

Avtomobil Azərbaycanda əksər ailələr üçün əlçatandır. Xüsusən də uşaqlı ailələr üçün maşın əvəzedilməzdir.
Avtomobil həyat fəaliyyətini asanlaşdırmaqda və vaxta qənaətdə ən yaxşı vasitələrdəndir. Xüsusən də ictimai nəqliyyatın ürəkaçan olmadığı yerlərdə.
Lakin hər bir texnika kimi avtomobildən də düzgün istifadə edilmədikdə xoşagəlməz nəticələr ortaya çıxır. Bunlardan bir qismi də uşaqlarla bağlıdır. Yol qəzalarında əsas risk qrupunu düzgün oturmayan uşaqlar təşkil edir. Beynəlxalq statistika göstərir ki, düzgün oturmayan uşaqların 75%-i ən yüngül qəzada, yaxud kəskin tormozlamada belə, kəllə-beyin travması ala bilər. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, uşaqlar üçün oturacaqlardan istifadə edildikdə 4 yaşadək uşaqların travma riski 80% azalır.
ÜST bildirir ki, yol hərəkətində ən həssas qrup 12 yaşadək olan uşaqlardır. Qəza onlar üçün daha faciəvi nəticələr doğurur. Bu səbəbdən əksər ölkələrin qanunvericiliyində 13-15 yaşadək uşaqların qabaq oturacaqda daşınması qadağan edilib. Bir çox ölkədə isə körpələrin xüsusi oturacaqda daşınması məcburidir. Kraş testlər göstərir ki, frontal zərbə zamanı arxada xüsusi oturacaqda olan körpənin onurğa zədələnməsi təhlükəsi minimuma enir. Əks halda risk 70%-dir.
Uşaqların daşınması zamanı ən çox yol verilən xətalar isə aşağıdakılardır:
- Uşağın yaşlı sərnişinin qucağında oturması (bu tip daşıma təəssüf ki, Azərbaycanda norma hesab edilir),
- uşağın hərəkət vaxtı yedirilməsi,
- uşağın xüsusi oturacaqda düzgün yerləşdirilməməsi,
- uşağı avtomobildə tək qoymaq,
- uşaq arabası ilə yolu keçərkən hərəkət qaydalarını pozmaq.

Uşaqların avtomobil idarə etməsi isə ayrı bir mövzudur. İstər beynəlxalq, istərsə də yerli qanunvericilik yetkinlik yaşına çatmayan şəxslərin nəqliyyat vasitəsini idarə etməsinə icazə vermir. Lakin təəssüf ki biz, dəfələrlə 13-15 yaşlı “sürücülərin” faciəsinə şahid olmuşuq. Obyektivlik naminə deyək ki, bu sahədə son illərdə yaxşılaşma var. Lakin vəziyyətin normallaşması yol polisindən daha çox valideynlərdən asılıdır. Bəzi valideynlər “həyatda bir dəfə olur” düşüncəsi ilə son zəng günü, ya da hansısa bir əlamətdar gündə yeniyetmələrin maşın sürməyinə razılıq verirlər. Bədbəxt hadisə cəmi bir dəfə olur. Lakin fəsadlarını aradan qaldırmaq bəzən ümumiyyətlə mümkün olmur.
Sabiq prezidentlər hansı avtomobilə üstünlük verib? – ARAŞDIRMA - FOTOSESSİYA
İrandan Azərbaycan kulinariya bloquna təhdidlər: Dadkes.az hədəfə götürülüb - FOTO
Naxçıvana 50 km yolumuz olacaq - Zəngəzur dəhlizində SON VƏZİYYƏT - FOTOLAR
Bu küçələrdə yeni işıqforlar quraşdırıldı - FOTO
Papaya elektromobil hədiyyə edildi - Bu maşın papamobil hesab edilmir - FOTO
Bakıda "Azparking" ərazisi özəlləşdirilib: Nəzarətçilər niyə göz yumur? - ŞİKAYƏT - FOTO
Azərbaycanda şəhid qızı olan gənc hakim yol qəzasında öldü; yaralı da var - FOTO
Səbaildəki eyvan təbii səbəblərdən uçub; suvaq da vurulmayıbmış - FOTO
Şəhidlər Xiyabanının qarşısında illərdir dəyişməyən mənzərə - FOTO
Nazir: Avtomobil yığmaq heç bir əlavə dəyər yaratmır - FOTO
İlk "VAZ-2103"ün istehsalından 53 il ötür - FOTO












