Velosiped zolağına girən sürücü skuter sürənə zor tətbiq etdi – 99-VH-999 - FOTO

Avtosfer Foto 4 İyun 2024 16:00 Oxunub 3360
Velosiped zolağına girən sürücü skuter sürənə zor tətbiq etdi – 99-VH-999 - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bülbül prospektində "Af-Mall" ticarət mərkəzinin önündə velosiped zolağını zəbt edən sürücünün skuter istifadəçisinə zor tətbiq etdiyi iddia olunur.

Bu barədə Elşən adlı skuter sürücüsü Avtosfer.az-a müraciət edib.

O, iddia edir ki, saat 10:00 radələrində velosiped zolağında skuterlə hərəkətdə olarkən 99-VH-999 qeydiyyat nişanlı “Hyundai Staria” markalı avtomobilin sürücüsü anidən zolağın üzərində dayanıb: “Bu zaman ona iradımı bildirdim. Sürücü buna əsəbləşib üstümə hucum çəkərək mənə zor tətbiq etdi”.

Vətəndaş bununla bağlı DİN-in 102 xidmətinə müraciət etdiyini qeyd edib.

Məhəbbət Tərlanoğlu

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh