Yolda quraşdırılan bu yol lövhəsində 2 səhv var - FOTO

Sovet dövründə orta məktəbdə çox vaxt tələbələr “eşitdiyin kimi yaz” deyə bir tövsiyə vardı. Bu da çox zaman orfoqrafik səhvlərin artmasına gətirib çıxarırdı. Təəssüf ki bu prinsipin fəsadlarını indi də hiss edirik. Avtosfer.az-ın xəbərinə görə, Xaldan qəsəbəsi ərazisində quraşdırılmış bu yol lövhəsini tərtib edənlər də yuxarıda qeyd etdiyimiz yanlış prinsipin qurbanıdır. Əks halda, “Gürcüstan sərhədi” yerinə “Gürcüstan sərhəddi” yazılmazdı.
Avtomobil Yolları Dövlət Agntliyinin (AYDA) bu lövhədəki xətası sərhəddlə sərhədlənmir. Ölkəmizin böyük şəhərlərindən olan Mingəçevirin adının ingiliscəyə transliterasiyasında da ciddi səhv var. Şübhəsiz bu lövhəni tərtib edənlər köhnə lüğətlərə, sovet dövrü transliterasiyasına istinad ediblər. Sovet vaxtı rus dilində “Мингечаур” deyildiyindən bu yer adı xarici dillərə “Mingechaur” kimi transliterasiya edilirdi. Amma 20 ildən çoxdur Mingəçevirin bütün xarici dillərə, o cümlədən rus dilinə transliterasiyası dəyişib. Bu söz rus dilində “Мингечевир”, latın qrafikalı dillərdə isə “Mingachevir” kimi yazıllır.
Bizcə, bu xətanı aradan qaldırmaq çox da böyük zəhmət və vəsait tələb etmir. Yeri gəlmişkən, eyni xəta Yevlax yolundakı lövhələrdə də mövcuddur.
Vüqar
Kürdəmirdə ağır yol qəzası: "Ford"un üstü qopdu - FOTOLAR
Hüseyn Həsənova 500 minlik ad günü hədiyyəsi - FOTO
İctimai nəqliyyatda maraqlı reklamlar - FOTOLAR
Nasaz avtomobili ilə yük maşınının arasında qalan sürücü öldü - FOTO
Tramvayı söküb peşiman olan qardaşlarımız - FOTOLAR
Bu maşının birinci texniki baxışı təzə avtomobil qiymətinədir - FOTOLAR
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO











