Bakıda "07" ilə asfaltı "yazan" sürücü "hoqqa verdi" - DYP onu axtarır - VİDEO

Paytaxtın Xətai rayonu, Məhəmməd Hadi küçəsində qaydaları kobud şəkildə pozan sürücü avtoxuliqanlıq hərəkətləri edib. Avtosfer.az xəbər verir ki, bu barədə avtomobili idarə edən şəxs sosial şəbəkələrdə video paylaşıb.
Belə ki, 90-NC-031 dövlət nömrə nişanlı, "VAZ 2107" markalı avtomobilin sürücüsü günün qaranlıq vaxtında ardıcıl olaraq təhlükəli manevrlər edir. Həmçinin maşının təkərlərini asfalt örtüyünə sürtərək səs çıxarır. Daha sonra isə bunu videoya çəkdirərək sosial şəbəkələrdə paylaşıb.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirilib ki, yayılmış video ilə bağlı araşdırma aparılır. Sürücünün müəyyən edilməsi və məsuliyyətə cəlb olunması istiqamətində işlər davam etdirilir.
Videonu təqdim edirik:
Fərid
Biləcəridə sürücü qadının avtomobilini vurub hadisə yerindən qaçdı - REAL VİDEO
Polisdən qaçan sürücü qəza törətdi; sərnişinlə birlikdə maşından düşüb qaçdılar - VİDEO
Piyadalara “zebra”da yol verən sürücü qəzaya səbəb oldu; 4 nəfər yaralandı - VİDEO
Sürücülərin ən çox razı olduğu avtomobillər - SİYAHI
Maşına saxta lidar quraşdıranların məqsədi nədir? – Ekspertdən AÇIQLAMA - VİDEO
Ötmə zamanı iki maşın toqquşdu; 2 nəfər öldü, 2 yaralı var - VİDEO
İllərdir təmir edilməyən yola təcili yardım maşınları da girmir – VƏTƏNDAŞ ŞİKAYƏTİ - VİDEO
Əmrə tabe olmayan "Porsche" sürücüsü qaçmaq istədi - Polis atəş açıb saxladı - VİDEO
Sürücülük dərsi yoxsa “TikTok” şousu? - Təlimçi özünü ifşa etdi - VİDEO
Binədə qaydaları alt-üst edən sürücü maşını əks istiqamətə fırladıb yarışa çıxdı - VİDEO
Sürücülər arasında yol üstündə dava düşdü - Başı ilə şüşəni sındırdı - VİDEO











