Avtosfer.az | Reklam
“09” polis maşını ilə toqquşub qaçmaq istədi; atəşlə saxlanıldı - VİDEO
Avtosfer TV 5 İyun 2020 16:51 Oxunub 1018
“09” polis maşını ilə toqquşub qaçmaq istədi;  atəşlə saxlanıldı - VİDEO
Onun sürücülük vəsiqəsi olmayıb

Rusiyanın Perm şəhərində qəza törədən sürücü polis təqibindən yayınmağa cəhd göstərib. Avtosfer.az xəbər verir ki, 34 yaşlı sürücü idarə etdiyi “VAZ-2109” markalı avtomobillə hərəkətdə olarkən polis maşını ilə toqquşub. Hadisədən sonra sürücü məsuliyyətdən yayınmağa çalışsa da, asayiş keşikçiləri avtomobilin təkərlərinə bir neçə dəfə atəş açaraq onu dayandırıblar.

Sürücü saxlanılıb və məlum olub ki, sürücülük vəsiqəsi yoxdur.

Faktla bağlı araşdırmalara başlanılıb.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh