188 evakuatorunun səbəb olduğu qəzanın görüntüləri üzə çıxdı - VİDEO

Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində bir nəfərin ölümü, 4 nəfərin yaralanması ilə nəticələnən qəzanın videosu yayılıb. Avtosfer.az-ın "Report"a istinadən verdiyi xəbərə görə, videodan görünür ki, hadisə evakuatorun sürücüsünün əks yola çıxması səbəbindən baş verib. Belə ki, "90-NF-513" dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobil öz zolağı ilə hərəkətdə olarkən "188" evakuator xidmətinə məxsus "90-JZ-887" dövlət qeydiyyat nişanlı "MAN" markalı yük maşını yol nişanının tələbini pozaraq qəfil dönmə əməliyyatını yerinə yetirərək "Mercedes"in yoluna çıxıb. Nəticədə "Mercedes" evakuatorun arxa hissəsinə çırpılıb. Qəza zamanı "Mercedes"də olan 22 yaşlı Cəfərova Ramilə Ramiz qızı hadisə yerində dünyasını dəyişib. 4 nəfər isə ağır vəziyyətdə 3 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Hazırda onlar koma vəziyyətində xəstəxanın reanimasiya şöbəsindədir.
Qeud edək ki, hadisə sentyabrın 6-da baş verib.
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO














