“20 Yanvar” dairəsində 4 zolaqdan 3-nü zəbt edib bağladılar – Tıxac yaradanlar - VİDEO

Bakının ən problemli nəqliyyat qovşaqlarından biri “20 Yanvar” dairəsidir. Burada hərəkətin normal tənzimlənməsi üçün müxtəlif üsullar tətbiq olunsa da, heç biri effekt verməyib. Avtosfer.az xəbər verir ki, ərazidə ilk növbədə körpü tikildi, sonra svetofor qoyuldu, ardınca ərazidə piyadaların xaotik hərəkətinin qarşısını almaq üçün dəmir məhəccərlər qoyuldu. Lakin problem yenə də həll olunmur. “20 Yanvar” dairəsi artıq günün istənilən saatında tıxac və xaos müşahidə olunan ərazisinə çevrilib. Əsasən də Sumqayıt avtobusları və manatlıq taksilərin işğal etdiyi ərazidə normal hərəkət mümkün deyil.
Oxuculardan birinin Avtosfer.az-a göndərdiyi videodan aydın olur ki, Tbilisi prospektindən dairəyə daxil olan yolda 4 zolaq olsa da, onlardan 3-ü Sumqayıt avtobusları tərəfindən zəbt edilib. Yalnız 1 zolaq və orta zolağın yarısının hesabına maşınlar iki cərgədə güclə hərəkət edir. Vəziyyət o həddə çatıb ki, dairədə sağa daimi yaşıl işıq yansa da, taksilərin zəbt etdiyi həmin sağ zolaqdan dönmək mümkün deyil. Sürücülər məcburən svetoforun ümumi siqnalının yaşıl bölməsi yananda sağa gedə bilirlər.
Ümid edirik ki, aidiyyati qurumlar “20 Yanvar”da vəziyyəti nəzarətə götürüb qaydaları bərpa edəcək.
Elməddin
Biləcəridə sürücü qadının avtomobilini vurub hadisə yerindən qaçdı - REAL VİDEO
Polisdən qaçan sürücü qəza törətdi; sərnişinlə birlikdə maşından düşüb qaçdılar - VİDEO
Piyadalara “zebra”da yol verən sürücü qəzaya səbəb oldu; 4 nəfər yaralandı - VİDEO
Sürücülərin ən çox razı olduğu avtomobillər - SİYAHI
Maşına saxta lidar quraşdıranların məqsədi nədir? – Ekspertdən AÇIQLAMA - VİDEO
Ötmə zamanı iki maşın toqquşdu; 2 nəfər öldü, 2 yaralı var - VİDEO
İllərdir təmir edilməyən yola təcili yardım maşınları da girmir – VƏTƏNDAŞ ŞİKAYƏTİ - VİDEO
Əmrə tabe olmayan "Porsche" sürücüsü qaçmaq istədi - Polis atəş açıb saxladı - VİDEO
Sürücülük dərsi yoxsa “TikTok” şousu? - Təlimçi özünü ifşa etdi - VİDEO
Binədə qaydaları alt-üst edən sürücü maşını əks istiqamətə fırladıb yarışa çıxdı - VİDEO
Sürücülər arasında yol üstündə dava düşdü - Başı ilə şüşəni sındırdı - VİDEO











