20 Yanvarda telefonla oynayıb yolu kəsən sürücüyə görün nə etdilər - VİDEO

Tıxacda və ya işıqforun qırmızı işığında gözləyərkən əksər sürücülər mobil telefondan istifadə edirlər. Bir qismi gözləməkdən sıxıldığı üçün başını qatır, digərləri isə fürsətdən yararlanmağa çalışır. Nəticədə diqqəti yoldan yayınan sürücülər hərəkətə başlamalı olduqları vaxtda da dayanaraq digər nəqliyyat vasitələrinə əngəl törədirlər.
Qeyd etdiyimiz problemlə bağlı Bakının 20 Yanvar dairəsində xoşagəlməz mənzərə qeydə alınıb.
Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “Whatsapp” ünvanına videomaterial göndərib. Belə ki, “Toyota Camry” markalı avtomobilin sürücüsü işıqforun yaşıl işığında dayanaraq hərəkəti məhdudlaşdırıb. Kadrdan da göründüyü kimi, sürücünün başı telefona qarışdığı üçün sükan arxasında olduğunu unudub. Bu zaman arxada dayanan maşının sürücüsü ona yaxınlaşıb və işıqforun yaşıl işığının yandığını bildirib. Qayda pozan sürücü bu xəbərdarlıqdan sonra hərəkətə başlayıb.
Nərmin
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












