20 yaşlı qızın ölümünə səbəb olan yol qəzasının - VİDEOsu
Avtosfer TV 2 Sentyabr 2020 14:13 Oxunub 984
20 yaşlı qızın ölümünə səbəb olan yol qəzasının - VİDEOsu

Rusiyanın Çelyabinsk şəhərində 20 yaşlı qızın ölümünə səbəb olan yol qəzasının görüntüləri təhlükəsizlik kamerasına düşüb. Avtosfer.az xəbər verir ki, hadisə sentyabrın 1-də “Kopeysk” şosesində qeydə alınıb.

Kadrlarda, ağ rəngli “VAZ-2109” markalı minik avtomobilinin hərəkətdə olduğu və qəfildən 1-ci zolaqdan 3-cü zolağa keçid edərək yol kənarında xarab olmuş TIR-a çırpıldığı görülür.

Zərbənin təsirindən “09”un sol hissəsi deformasiyaya uğrayıb.

Bildirilir ki, qəza nəticəsində sərnişin kreslosunda əyləşən 20 yaşlı qız aldığı çox saylı xəsarətlərdən hadisə yerində ölüb, 19 yaşlı sürücü isə xəstəxanaya çatdırılıb.

Hazırda Yol Patrul  Xidmətinin əməkdaşları, 19 yaşlı sürücünün düşünülməmiş bu manevrini və TIR-ın sürücüsünün xəbərdarlıqedici nişandan niyə istifadə etməməsini araşdırır.

 

Namiq Musayev

 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh