3 aydır idarə etmədiyi avtomobilə 50 AZN CƏRİMƏ GƏLİB - VİDEO

Paytaxtın Xətai rayonunda yaşayan bir sakinin başına qəribə hadisə gəlib.
Vətəndaş 3 aydır avtomobilindən istifadə etmir, amma ona cərimə yazılıb.
Bu iddia ilə çıxış edən Xətai rayon sakini Rafiq Bədəlovun sözlərinə görə, minik avtomobilini sonuncu dəfə bu ilin may ayında sürüb. Sonra isə nəqliyyat vasitəsinin mühərrikində problem yaranıb və sürülməyib.
“Avtomobil 3 aya yaxındır ki, həyətdə istifadəsiz qalıb.”
Rafiq Bədəlov bildirir ki, avqustun 15-də adına 50 manat cərimə gəlib.
Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, məsələ araşdırılacaq: “Əgər nəqliyyat vasitəsi hərəkətdə olubsa, inzibati xətanın mövcudluğu barədə vətəndaşa məlumat veriləcək. Bu kimi halla qarşılaşan sürücülər varsa aidiyyəti üzrə İdarəyə müraciət edə bilərlər”, - deyə qurumdan bildirilib.
Biləcəridə sürücü qadının avtomobilini vurub hadisə yerindən qaçdı - REAL VİDEO
Polisdən qaçan sürücü qəza törətdi; sərnişinlə birlikdə maşından düşüb qaçdılar - VİDEO
Piyadalara “zebra”da yol verən sürücü qəzaya səbəb oldu; 4 nəfər yaralandı - VİDEO
Sürücülərin ən çox razı olduğu avtomobillər - SİYAHI
Maşına saxta lidar quraşdıranların məqsədi nədir? – Ekspertdən AÇIQLAMA - VİDEO
Ötmə zamanı iki maşın toqquşdu; 2 nəfər öldü, 2 yaralı var - VİDEO
İllərdir təmir edilməyən yola təcili yardım maşınları da girmir – VƏTƏNDAŞ ŞİKAYƏTİ - VİDEO
Əmrə tabe olmayan "Porsche" sürücüsü qaçmaq istədi - Polis atəş açıb saxladı - VİDEO
Sürücülük dərsi yoxsa “TikTok” şousu? - Təlimçi özünü ifşa etdi - VİDEO
Binədə qaydaları alt-üst edən sürücü maşını əks istiqamətə fırladıb yarışa çıxdı - VİDEO
Sürücülər arasında yol üstündə dava düşdü - Başı ilə şüşəni sındırdı - VİDEO











