50 nəfərlik avtobus sürür, sanki "07" ilə "avtoşluq" etməyə çıxıb - VİDEO

Avtosfer TV 1 Aprel 2024 13:10 Oxunub 1118
50 nəfərlik avtobus sürür,  sanki "07" ilə "avtoşluq" etməyə çıxıb  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Sumqayıt-Bakı yolunda ardıcıl olaraq manevr qaydalarını pozaraq təhlükəli vəziyyət yaradan sürücü görüntülənib. Avtosfer.az xəbər verir ki, 90-JH-381 dövlət nömrə nişanlı, Bakı-Sumqayıt xətti ilə hərəkət edən ekspress avtobusunun sürücüsü zolaqları soldan-sağa, sağdan-sola dəyişir.

Ekologiya postuna çatana yaxın isə ən sol zolaqdan manevr qaydalarını poza-poza avtobus zolağına qayıdır. Sürücü yolda qaydaları kobud şəkildə pozaraq digərlərinə maneə yaradır.

Nəzərə almaq lazımdır ki, idarə olunan avtobusda sərnişinlər var. Lakin sürücü sanki avtobus sürmür, "07" ilə avtoxuliqanlıq etməyə çıxıb. Videonu təqdim edirik. Ümid edirik ki, aidiyyatı qurumlar sürücü barəsində ciddi tədbirlər görəcək. 

Fərid

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh