60 manatdan 40 manata endirilən cəriməyə görə maşın duracağa aparılacaq - VİDEO

Avtosfer TV 21 İyul 2023 18:46 Oxunub 3744
60 manatdan 40 manata endirilən cəriməyə görə maşın duracağa aparılacaq  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Xəbər verdiyimiz kimi İnzibati Xətalar Məcəlləsinin 342-ci maddəsinə dəyişiklik edilib. Dəyişikliyin bir hissəsi sürücülərin xeyirinə olub. Avtosfer.az xəbər verir ki, əvvəllər nömrənin üzərindəki hərf və rəqəmlər, eyni zamanda bayrağın rəngi solduqda avtomobil dayandırılıb mühafizə olunan duracağa təmin edilirdi, sürücü barəsində isə 4 bal 60 manat cərimə tətbiq edilirdi. Məcəlləyə edilən dəyişiklikdən sonra bu cür nömrələrə görən yazılan cərimənin məbləği 40 manata endirildi və tətbiq edilən 4 bal ləğv edildi. Lakin avtomobil yenə də duracağa aparılacaq. Çünki Məcəllənin 96.1.2-ci maddəsində qeyd olunub ki, dövlət qeydiyyat nişanları qeyri-standart olduqda avtomobil duracağa yerləşdirilir.

Edilən digər dəyişikliyə əsasən, dövlət qeydiyyat nişanları və ya onlardan birinin olmamasına, saxta və ya başqa nəqliyyat vasitələrinə verilmiş dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitələrini idarə etməyə görə tətbiq edilən 4 bal 60 manatlıq cərimənin məbləği 100 manata qaldırılıb.

 

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh