71 yaşlı "Salyan körpüsü" - Bu körpü cəmi 4 aya ərsəyə gətirilib - VİDEO
Uzunluğu 350, eni isə7 metrdir. Bu körpünün tikintisi alman əsirlər tərəfindən həyata keçirilib. Söhbət Kür çayı üzərində yerləşən və 71 il öncə inşa edilən "Salyan körpüsü"ndən gedir. Bu körpü tikilənə qədər cənub bölgəsinə gedib-gəlmək üçün yalnız Kür çayı üzərində quraşdırılmış pantonlardan istifadə edilirdi. Bu da uzun növbələrin yaranmasına gətirib çıxarırdı. İkinci Dünya müharibəsindən sonra Kür çayı üzərində dəmir konstruksiyalı bu körpünün tikintisinə başlanılıb. Tikinti işlərinə isə Uzaq Şərq körpü-tikinti idarəsinin mühəndisi, mayor Florov rəhbəlik edib.
İşçi qüvvəsinin arasında hərbi tribunalın qərarı ilə 25 il azadlıqdan məhrum edilən, Bavariyada körpü üzrə mühəndislik təhsili almış Alfred Riskop adlı gənc almanın da olduğu bildirilir. Almanlar tərəfindən körpünün küləkli havada əsməsinin, rezonans hadisəsinin qarşısını almaq üçün üzərində dəmir konstruksiyalı fermalar quraşdırılırılıb. 6 dayaqdan ibarət olan körpünün tikintisi 1946-cı ilin mayında başa çatıb. Açılış mərasimində xalq şairi Səməd Vurğun, rus generalları və digər yüksək rütbəli məmurlar iştirak ediblər. Körpü tikilərkən onun giriş və çıxış hissəsində iki cüt şir heykəlləri də qoyulub. Lakin, sonradan onlar müəmmalı şəkildə ərazidən götürülüb.
Salyanın simvoluna çevrilən və el arasında "Salyan körpüsü" kimi tanınan Kür çayı üzərindəki bu möhtəşəm tikili yük maşınlarının intensiv hərəkəti nəticəsində qəzalı vəziyyətə düşüb və 1992-ci ildə istifadəsinə qadağa qoyulub. Hazırda isə ona paralel olan yeni körpüdən istifadə olunur.
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












