8 Noyabr prospektində avtomobil əvvəl digər maşına, sonra isə işıqfora çırpıldı - VİDEO

Avtosfer TV 30 Aprel 2024 12:28 Oxunub 956
8 Noyabr prospektində avtomobil əvvəl digər maşına, sonra isə işıqfora çırpıldı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Gecə saatlarında Bakıda baş verən qəzanın görüntüləri yayılıb.  Avtosfer.az xəbər verir ki, bununla bağlı videonu Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi paylaşıb. Qəza 8 Noyabr prospektinin Xəqani Rüstəmov küçəsi ilə kəsişməsində qeydə alınıb. Hadisə zamanı minik avtomobili işıqfora çırpılıb. Qəza nəticəsində nəqliyyat vasitəsinə və yol təsərrüfatına ciddi ziyan dəyib. 

“Hazırda nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz hərəkətini təmin etmək məqsədilə həmin işıqforun yenisi ilə əvəzlənməsi işləri aparılır. Sürücülərdən yol nişanlarının tələblərinə və sürət həddinə əməl etmələri xahiş olunur”, - qurumdan bildirilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh