Banner

AA nömrəli maşının sürücüsü adam cəzalandırır: Nalayiq ifadələr işlədib evə girdi - VİDEO

Avtosfer TV 1 Avqust 2025 17:00 Oxunub 2358
AA nömrəli maşının sürücüsü adam cəzalandırır: Nalayiq ifadələr işlədib evə girdi   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxtın Binəqədi rayonunda sürücülər arasında insident qeydə alınıb.

Avtosfer.az-ın məlumatına görə, bu barədə onlardan biri “TikTok” sosial şəbəkə hesabında paylaşım edib. Kadrdan da göründüyü kimi, 77-XR-990 dövlət nömrə nişanlı “BMW” markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini yaşayış evinin girişində park edib. Aptekə getdiyi üçün maşını bir neçə dəqiqəlik ərazidə saxladığını bildirən sürücü qayıdarkən xoşagəlməz mənzərə ilə qarşılaşıb. Belə ki, 90-AA-428 dövlət nömrə nişanlı “Nissan” markalı avtomobil onun maşının yanında park edilib. Nəticədə nəqliyyat vasitəsinə daxil ola bilməyən “BMW” sürücüsü avtomobilin sahibinin qəsdən belə etdiyini və dəfələrlə qapını döyərək sürücünü çağırsa da onun çölə çıxmadığını iddia edib. Əksinə o, sürücünün “burada maşın saxlamazlar” deyərək nalayiq ifadələr işlətdiyini əlavə edib.

Qeyd edək ki, videodakı situasiyada hər iki sürücü qayda pozmuş hesab olunur. Qanunvericiliyə görə, nəqliyyat vasitələrini yaşayış evlərinin, binaların, obyektlərin girişində saxlamaq olmaz.

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh