Ağ Şəhərdə “BMW” sürücüsü motosikleti vurub yerə yıxdı, “Zor edirəm, çək” dedi - VİDEO

İzləyicimiz Cəlilov Nadir Nahid oğlu Patrul.az redaksiyasına müraciət edərək Xətai rayonu Ağ şəhər ərazisində xoşagəlməz hadisə ilə üzləşdiyini bildirib. Onun iddiasına görə, 05 oktyabr 2025-ci il tarixində saat 21:00 radələrində “Neptun” marketin qarşısında AzParking-ə məxsus rəsmi park yeri üçün ayrılmış sahədə 99-M-374 dövlət qeydiyyat nişanlı motosikletini park edib.
Bu zaman 90-BY-008 dövlət qeydiyyat nişanlı BMW markalı nəqliyyat vasitəsini idarə edən xanım sürücü yaxınlaşaraq motosikleti kənara çəkməsini tələb edib. Nadir Cəlilov isə bunun qanuni park yeri olduğunu bildirərək imtina edib. Ardınca BMW sürücüsü avtomobili ilə motosikleti vuraraq yerə yıxıb.
Hadisə sonra izləyicimiz mobil telefonu ilə görüntüləri qeydə alıb. Kadrlarda xanım sürücünün “zor edirəm, çək” ifadəsi açıq şəkildə eşidilir. Şikayətçinin sözlərinə görə, qadın sürücü bundan sonra etik çərçivədən kənar ifadələr işlədərək onu təhqir edib, lakin izləyici həmin hissəni redaksiyaya təqdim etməyib – “etik olmadığı üçün həmin kadrları paylaşmadım”, – deyə o bildirib.
Motosikletin yerə yıxılması nəticəsində onun sürətlər qutusu zərər görüb. Nadir Cəlilov aidiyyəti qurumlardan məsələyə hüquqi qiymət verilməsini və dəyən ziyanın ödənilməsi üçün kömək göstərilməsini xahiş edir.
Sübh çağı dəhşətli hadisə - Sürücü yuxuladı, sərnişin öldü - VİDEO
Bu yolun sağ zolağı ölüm yuvasıdır - ŞİKAYƏT - VİDEO
Müəllim və şagirdlər Dövlət Himnini birlikdə səsləndirdilər – VİDEO
Sultəpədə səki problemi: Piyadalar çətinliklə hərəkət edir – VİDEO
99-AV-999 nömrəli "Lamborghini" saxlanıldı - Avtoxuliqanlığın özəl görüntüləri - VİDEO
Astarada "Niva" 70 metrlik dərəyə düşdü; sürücü ÖLDÜ - VİDEO
Maşın bazarında parklanma problemi: Limiti keçənlər əlavə ödəniş edir – İDDİA - VİDEO
Nübarda yol çala-çuxur içindədir – Sakinlər illərdir əziyyət çəkir - VİDEO
Anidən əks yola çıxmaq istədi; qəza baş verdi - VİDEO
Yollardakı metal baryerlər baykerlər üçün niyə təhlükəlidir? – VİDEO
Hökməli–Qobu–Güzdək yolunda bərbad vəziyyət: Sakinlər narazıdır – VİDEO












