Ağ Şəhərdə PARTLAYIŞ: Qarajin divarı uçdu, "Range Rover"ə ziyan dəydi - VİDEO

Avtosfer TV 15 Yanvar 2025 18:09 Oxunub 538
Ağ Şəhərdə PARTLAYIŞ:  Qarajin divarı uçdu, "Range Rover"ə ziyan dəydi  - VİDEO
WhatsApp kanalımı|

Bakının Xətai rayonunda, ərazisində mənzildə baş vermiş partlayış nəticəsində binanın qarajında divar uçub.

Avtosfer.az xəbər verir ki, bu barədə məlumat “Baku.ws”in "qaynar xətti"nə daxil olub.

Bildirilib ki, nəticədə qarajdakı "Range Rover" markalı avtomobilə ziyan dəyib.

Xatırladaq ki, bu gün günorta saatlarında Bakının Xətai rayonunda, Ağ Şəhər ərazisində mənzildə yanğınla müşayiət olunan partlayış olub. Daha sonra yanğın FHN-nin müvafiq xilasetmə qüvvələri tərəfindən söndürülüb.

Hadisə yerindən görüntüləri təqdim edirik:

ŞƏRH YAZ
Ad

E-mail

Şərh