Ağır yol qəzasının görüntüləri kameraya düşdü - ANBAAN VİDEO
Avtosfer TV 14 Aprel 2021 20:40 Oxunub 1046
Ağır yol qəzasının görüntüləri kameraya düşdü - ANBAAN VİDEO

Üç minik avtomobilinin iştirakı ilə baş verən yol qəzasının görüntüləri təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.

Avtosfer.az xəbər verir ki, hadisə Rusiyanın Soçi şəhərində baş verib.

Kadrlarda, “Toyota” markalı minik avtomobilinin yüksək sürətlə hərəkətdə olduğu və bu zaman yolun sağında dayanan taksini vurmamaq üçün sola manevr edərək “Niva” ilə toqquşduğu görülür.

Daha sonra isə “Toyota” “Volkswagen”ə çırpılır və zərbənin təsirindən “Niva”nın damının üzərinə çıxır.  

Yerli KİV-in məlumatına görə, qəza nəticəsində bir nəfər qadın xəsarət alıb.

 

Namiq Musayev

 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh