Ağsuda 7 yaşlı uşaq ağır texnikaları sərbəst idarə edir - VİDEO
Ağsu rayon sakini Sənani Gözəlov ağır texnikaları peşəkarlıqla idarə edə bilir. O, bu bacarığı ilə insanları heyrətə gətirir. Onun ən böyük arzusu isə Dağlıq Qarabağda yol çəkilişində öz traktoru ilə iştirak etməkdir. Avtosfer.az-ın məlumatına görə, Sənani Gözəlov öncə tırtıllı ekskavatoru, sonra isə qreyderi hərəkətə gətirərək asanlıqla sürür. 7 yaşı olmasına baxmayaraq nəhəng texnikaları əsl peşəkar kimi idarə edir. Atasının əlindən çətinliklə idarə olunan bir sıra inşaat maşınlarını sürməyi öyrənən Sənani bu bacarığı ilə izləyənləri heyrətdə qoyur. O, bu texnikaları idarə etməyi isə lap kiçik yaşlarından öyrənməyə başlayıb.
Ağsu rayonunun Külüllü kəndində anadan olan, ancaq hazırda Xırdalan şəhərində yaşayan Sənani Gözəlov 1 saylı məktəbin birinci sinif şagirdi olduğunu deyir. Ancaq sinif yoldaşları traktor, ekskavator və qreyderin adını belə bilmədiyi halda, o, bu texnikaların öhdəsindən bacarıqla gəlir.
Sənani Gözəlovun arzusu da elə bacarığı kimi onu eşidənləri təəccübləndirir.
Onu da qeyd edək ki, Sənaninin idarə etdiyi texnikaların hamısı inşaatda istifadə olunan və idarə edilməsi çətin sayılan texnikalardır. Görünən odur ki, texnikaya olan həvəs yaş və sərhəd tanımır.
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












