Ara məsafəsi saxlamayan “Hyundai” son anda manevr etdi və… - VİDEO

Avtosfer TV 17 May 2023 21:00 Oxunub 1548
Ara məsafəsi saxlamayan “Hyundai” son anda manevr etdi və…  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Qayda pozan piyada ara məsafəsi saxlamayan sürücülər arasında çaşqınlıq yaratdı.

Avtosfer.az xəbər verir ki, sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanan olay paytaxtın mərkəzi küçələrindən birində baş verib. Moto kuryerin lentə aldığı videodan da göründüyü kimi qarşıda hərəkət edən “Hyundai Tucson” markalı, 99-SK-666 dövlət nömrə nişanlı avtomobil bir anda manevr edərək öz zolağından sağ tərəfə keçid edib. Bu zaman dönmə işığını yandıran “Hyundai” arxadakı nəqliyyat vasitəsinə xəbərdarlıq edib və yaranacaq qəza vəziyyətinin qarşısını alıb. Videoya düşməsə də, şahidin sözlərinə görə təhlükəli halın yaranmasına səbəb piyadanın yoldan keçməsi olub. Lakin piyadanın qayda pozuntusu olsa belə, avtomobillər arasındakı məsafənin düzgün saxlanılmaması da qəza riskini yaradan faktorlardandır. 

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh