Arvadına hirslənən kişi acığını başqasının maşınından çıxdı - VİDEO
Avtosfer TV 7 Avqust 2020 15:43 Oxunub 1404
Arvadına hirslənən kişi acığını başqasının maşınından çıxdı - VİDEO

Türkiyənin İstanbul şəhərində həyat yoldaşına əsəbiləşən kişi hirsini avtomobildən çıxıb. Avtosfer.az DHA-ya istinadən xəbər verir ki, hadisə Küçükçekmece rayonunda qeydə alınıb.  

Məlumata görə, adı öyrənilməyən bir kişi evində həyat yoldaşı ilə mübahisə etdikdən sonra küçəyə çıxıb və əlinə dəyənək alaraq binanın qarşısına park edilmiş avtomobilin yan aynaları ilə birlikdə şüşələrini sındırmağa başlayıb.

Ətrafdakıların çağırışı ilə hadisə yerinə gələn polis, kişini polis şöbəsinə aparıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh