Asfalt dağıldı, minik maşını qəfil tormozladı, yük maşını aşdı - REAL VİDEO

Avtosfer TV 13 Dekabr 2023 15:16 Oxunub 1388
Asfalt dağıldı, minik maşını qəfil tormozladı, yük maşını aşdı - REAL VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Dünən Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi Tbilisi prospekti ilə Əbdülvahab Salamzadə küçəsində, Ziya Bünyadov prospekti istiqamətində baş verən yol qəzasının görüntülərini yayıb. Qəza səbəbindən “Qələbə” dairəsindən Ziya Bünyadov prospekti istiqamətində avtomobillərin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq edilib.

Avtosfer.az xəbər verir ki, qəzanın baş verdiyi ərazidə asfaltın dağılması bu gün dəhşətli tıxaca səbəb olub. Görüntülərə baxdıqda məlum olur ki, minik avtomobilinin sürücüsü hərəkət zamanı qəflətən asfaltın dağılmasını görür və qəfil tormozlama edir. Arxadakı maşın da eyni qaydada sürəti azaldır. Bu zaman yük avtomobilinin sürücüsü toqquşmadan yayınmaq üçün sərt tormozlama edir ki, bu da onun aşması ilə nəticələnir.

Odur ki, yollarda son dərəcə diqqətli olmalı, düzgün ara məsafəsi saxlamalıyıq. Eyni zamanda, yalnız özümüzü yox, arxadan gələn sürücüləri də düşünməliyik. Bunun üçün salondakı və yandakı güzgülərdən istifadə etmək lazımdır.

 

Elməddin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh