Banner

Astarada "Niva" qayda pozdu, motosiklet piyadanı vurdu - VİDEO

Avtosfer TV 10 Fevral 2022 13:49
Astarada "Niva" qayda pozdu, motosiklet piyadanı vurdu  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Astarada motosiklet piyadanı vurub. Avtosfer.az-ın verdiyi məlumata görə, hadisə şəhər ərazisində, “Gənclər Mərkəzi”nin yaxınlığında baş verib. Belə ki, hərəkətdə olan motosiklet rayonun Rüdəkəran kənd sakini, 1998-ci il təvəllüdlü Anar İzzət oğlu Əhədzadəni vurub. Nəticədə piyada ağır xəsarət alıb.

Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan A.Əhədzadəyə bud sümüyünün sınığı diaqnozu qoyulub. Zəruri tibbi yardım edildikdən sonra o, travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

“Report”

Oxunub 1670
ŞƏRH YAZ
Ad

E-mail

Şərh