Avtosfer.az | Reklam
Qəzadan sonra yan üstə qalan “Audi” metrlərlə sürükləndi – ANBAAN VİDEO
Avtosfer TV 8 İyun 2020 21:00 Oxunub 1198
Qəzadan sonra yan üstə qalan “Audi” metrlərlə sürükləndi – ANBAAN VİDEO
Faktla bağlı araşdırmalara başlanılıb

Rusiyanın Sankt-Peterburq şəhərində 3 nəqliyyat vasitəsinin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, hadisə “Moskva” prospektində qeydə alınıb.

İlkin məlumata görə, adı açıqlanmayan sürücü idarə etdiyi “Audi” markalı minik avtomobillə hərəkətdə olarkən “Nissan” krossoveri ilə toqquşub. Zərbənin təsirindən yan üstə dayanan “Audi”, hərəkət zolağında metrlərlə sürüklənərək yol kənarındakı bardürlərə çırpılıb və otluq əraziyə dörd təkər üzərində düşüb. 

Yerli  media yazır ki, qəzada üç maşın iştirakı edib. Nəticədə ölən və ya xəsarət alan olmayıb. Ancaq “Audi”yə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırmalara başlanılıb.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh